
Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, Suraxanı rayonunda 1990-cı il təvəllüdlü Veysəlova Ülkər Nurəddin qızı idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək beton arakəsmələrə çırpılaraq, sürücü xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.