
Daşkəsən rayonunda Heydər Əliyev Mərkəzinin qarşısında Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi münasibəti ilə möhtəşəm ümumrayon bayram konserti keçirilib.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram konsertində rəsmilər və minlərlə daşkəsənli iştirak edib.
Tanınmış incəsənət xadimlərinin və müğənnilərin çıxışları alqışlarla qarşılanıb.
Tədbirin sonunda atəşfəşanlıq təşkil olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.