
Ukrayna Çinin Rusiyaya silah və ya digər texnologiyalarla dəstək verməyəcəyini gözləyir.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İtaliya KİV-ə müsahibəsində bildirib.
“Biz gözləyirik ki, Çin Rusiyaya silah tədarükçüsü olmayacaq və Rusiyaya silah və ya digər texnologiyalarla dəstək verməyəcək”, - dövlət başçısı deyib.
O qeyd edib ki, Çin lideri Si Cinpinlə söhbəti zamanı ölkəsinin prosesdən kənarda qalacağını və Rusiyaya silahla dəstək verməyəcəyini bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.