
Mingəçevirdə yaşayış binasında yanğın olub, bir nəfər xilas edilib.
Bu barədə "AVESTA.AZ"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Belə ki, dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 52 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd masa, 1 ədəd ütü və pərdə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib.
Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.