15-05-2023, 19:53 1003

Qərbi Azərbaycan Xronikası: “İndiki Ermənistanda azərbaycanlılar  daim basqıya məruz qalıb”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş hazırlanıb.

“Report” xəbər verir ki, Azərbaycanın tanınmış alimi, Sumqayıt Dövlət Universitetinin professoru, Folklorşünaslıq elmi tədqiqat lobaratoriyasının müdiri Aslan Bayramov müsahibəsində Qərbi Azərbaycanda ana dilimizin tarixinə, eləcə də dialektologiya, etnonimiya, onomastikasına nəzər salıb.

O, Qərbi Azərbaycanda etnik tərkibin dəyişdirilməsi üçün aparılan siyasətdən danışaraq bildirib ki, Çar Rusiyası 1813-1828-ci illərdə süni surətdə Türkiyə ilə Azərbaycan arasında tampon bölgə yaratmaq üçün ermənilərdən istifadə edib: “Çar hökuməti saxta məxfi xəritələr tərtib edərək yayıb”.

Tədqiqatçı-alim Qərbi Azərvaycanın toponimlərindən, tarixi yer-yurd adlarının ermənilər tərəfindən necə saxtalaşdırıldığından söz açıb: “Ermənilər zaman-zaman 700-800 coğrafi adları rəsmi qaydada dəyişdirib, azərbaycanlılara aid minlərlə toponimi məhv ediblər. Həmin qədim coğrafi adlar bizi doğma yurda daha möhkəm bağlayır. Hazırda bu sahədə aparılan araşdırma, tədqiqat işləri çox faydalıdır və dövlət buna dəstək verir”.

Onun sözlərinə görə, indiki Ermənistanda azərbaycanlılar vaxtilə daim basqıya məruz qalıb.

Professor ermənilərin oğuz torpaqlarında süni kök atmasını sübut edən faktların üzə çıxarılması üçün aparılan araşdırmaların faydalı olduğunu söyləyib.

A.Bayramov müəllifi olduğu "Qədim Oguz ellərinin - Ağbaba, Şörəyel, Pəmbək bolgələrinin yer-yurd adları", "Oguz elindən, Ozan dilindən", ”Kitabi Dədə Qorqudda adlar və Qafqaz ərazisində onların toponimləşməsi”, "Ağbaba şivəsi sözlüyü", "Tarixi faciələrimiz: Deportasiya, Repressiya və soyqırımı”, "Azərbaycan onomastikası" kitablarından söz açıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Verilişi Baku TV-nin efirində və Youtube kanalında izləmək mümkündür.

Paylaş

Xəbər lenti

Evinin "kupça"sı olmayanlara şad xəbər Bu gün, 22:48 "Vaxtında addım atılsaydı, kampaniya bu həddə çatmazdı" – Politoloq Bu gün, 22:48 Pezeşkian: Tramp İranın neft-qazını istəyir Bu gün, 22:48 Leyla Əliyeva Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub Bu gün, 22:48 Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalayıblar Bu gün, 21:48 Sülh müqaviləsinin imzalanmasının uzadılması Cənubi Qafqaz üçün risklər yaradır Bu gün, 21:48 Politoloq: Türkiyə-Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir Bu gün, 21:48 Ronaldonun cəzası müzakirələrə səbəb oldu - Millidən imtina edə bilər Bu gün, 21:48 Gürcüstan millisinin və "Trabzonspor"un sabiq futbolçusu vəfat edib Bu gün, 20:48 Leyla Əliyeva uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb Bu gün, 20:48 Kartdan-karta köçürmələr neçiyə başa gələcək? - RƏQƏMLƏR Bu gün, 20:48 "SOCAR Türkiyə" beynəlxalq banklardan 1,6 milyard dollar həcmində yenidən maliyyələşmə cəlb edib Bu gün, 20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb Bu gün, 20:48 Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub Bu gün, 20:48 Nazənin Əliyeva: Şuşada döyüşən həyat yoldaşım 1993-cü ildə itkin düşüb Bu gün, 19:48 APEC sammitində Rusiya, ABŞ və Çin liderlərinin görüşünə hazırlıq gedir Bu gün, 19:48 Bəqai: Regionda mövcud qeyri-sabitliyin səbəbkarı ABŞ-dir Bu gün, 19:48 Uşakov: Rusiya, ABŞ və Ukrayna danışıqlarının yeni raundu Əbu-Dabidə keçirilə bilər Bu gün, 19:48 "BakuBus" sürücülərinin maaşı açıqlandı - Gündə neçə saat işləyirlər? Bu gün, 19:48 Hövsanda küçə itləri sakinləri qorxuya salır - ŞİKAYƏT Bu gün, 19:48 Damarların sağlamlığını qorumağın yolları müzakirə edildi Bu gün, 18:48 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb Bu gün, 18:48 Fransada etirazlar futbola da təsirini göstərdi - Matç təxirə salındı Bu gün, 18:48 Bakıda 16 yaşlı oğlanın şikayəti əsasında taksi sürücüsü saxlanılıb Bu gün, 18:48 Bakıda obyekt almaq istəyənlərin NƏZƏRİNƏ - Bu rayonlarda kəskin bahalaşıb Bu gün, 18:48 Dövlət Statistika Komitəsinin strukturu dəyişib Bu gün, 17:48 Makron Fransadakı etirazlara xarici müdaxilə ehtimalını istisna etdi Bu gün, 17:48 Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər Bu gün, 17:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu olub Bu gün, 17:48 Prezident Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişini təsdiqləyib Bu gün, 17:48 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda Bu gün, 17:48 Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb? - Polisdən açıqlama Bu gün, 17:48 Prezident "Azərbaycan-Qırğızıstan avtomobil əlaqələri sazişi"ni təsdiqləyib Bu gün, 17:48 İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib Bu gün, 17:48 Bakıda taksi sürücüsü qadına hədə-qorxu gəlib pul istəyib? - "Bolt"dan açıqlama Bu gün, 17:48 DİN: "Brain Academy"dəki autizm spektrli 2 yaşlı uşağa qarşı edilən zorakılıq araşdırılır Bu gün, 17:48 Xviça Kvaratsxeliya ağır zədəsi ilə bağlı paylaşım etdi Bu gün, 16:48 Bakıda məmurun xanımı lükə düşdü: AAYDA əməkdaşı 2000 manat cərimələndi Bu gün, 16:48 "Quyruqlu uşaq" iddiasından xilafət xülyasına: Azərbaycana dil uzadanlar kimlərdir? Bu gün, 16:48 Tünzalə Ağayevadan 50 yaşında özünə hədiyyə: "100 dəfə 1000 dəfə" Bu gün, 16:48 "Brain Academy"də fiziki şiddət: Autizmli 2 yaşlı uşaq döyüldü Bu gün, 16:48 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişib Bu gün, 16:48 Azərbaycanlı çobanın Ermənistana keçməsinin təfərrüatı Bu gün, 16:48 "Sabah"la oyundan qayıdan "Borussiya Dortmund" "Qarabağ"a təşəkkür edib Bu gün, 16:48 Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb Bu gün, 15:48 Azərbaycanla İndoneziya arasında siyasi məshələtləşmələr keçirilib Bu gün, 15:48 Selin dağıtdığı yollar və körpülər indi belə görünür – ƏVVƏL VƏ SONRA Bu gün, 15:48 Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR