
Türkiyə Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu şəhid olub.
“AVESTA.AZ” Türkiyə KİV-nə istinadən xəbər verir ki, onlar Şırnak bölgəsində terrorçularla toqquşma nəticəsində həlak olublar.
Məlumata görə, daha 2 hərbi qulluqçu yaralanıb.
Atışma nəticəsində 3 terrorçu məhv edilib.
Şəhidlərin adları hələ ki açıqlanmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.