
Avropada təbii qazın birja qiymətləri son 2 ildə ilk dəfə olaraq min kubmetr üçün 350 ABŞ dollarından aşağı düşüb.
“AVESTA.AZ” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın fyuçerslərinin qiyməti günə 355,6 ABŞ dolları ilə (-0,6 %) başlasa da, sonradan 350 ABŞ dollarından aşağı düşüb (-2,9 %).
Dinamika əvvəlki ticarət günü qeydə alınmış hesablaşma qiymətinə (min kubmetr üçün 357,8 ABŞ dolları) əsasən hesablanır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.