19-05-2023, 22:49 631

Baş konsul: “Azərbaycan-Türkiyə əlaqələri ölkə prezidentləri tərəfindən yüksələn xətlə inkişaf etdirilir”

Azərbaycanla Türkiyə arasında tərəfdaşlıq, müttəfiqlik əlaqələri iki ölkənin Prezidentləri - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən yüksələn xətlə inkişaf etdirilir.

“Report”un Naxçıvan bürosunun məlumatına görə, bunu Türkiyənin muxtar respublikadakı Baş konsulu Asip Kaya “Naxçıvan” Universitetində 19 May - Atatürkü anma, Gənclik və İdman Günü münasibətilə keçirilən tədbirdə deyib.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Mustafa Kamal Atatürkün və hər iki ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan “Naxçıvan” Universiterinin rektoru, dosent Anar Kazımov 19 may gününü böyük tarixi bayram adlandırıb, Atatürkün Türkiyənin dövlət quruculuğu yolunda oynadığı mühüm roldan, əbədiyaşar ideyalarından bəhs edib. O, Azərbaycan-Türkiyə münasibətlərindən, bu əlaqələrin dostluq, qardaşlıq, tərəfdaşlıq zəminində inkişafından da danışıb.

Baş konsul Asip Kaya çıxışında Türkiyənin milli azadlıq mücadiləsindən danışıb. Baş konsul deyib ki, Mustafa Kamal Atatürkün 104 il öncə mayın 19-da Samsunda yandırdığı istiqlal məşəli Ərzurumu, Sivası, Ankaranı, bütün Anadolunu dolaşıb, böyük zəfəri və Cümhuriyyətin elanını mümkün edib. Azərbaycanla dostluq, qardaşlıq münasibətlərini hər zaman ön planda saxlayan Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, - deyərək xalqlarımız arasındakı münasibəti tam şəkildə ifadə edib. Hər iki dahi lider – həm Mustafa Kamal Atatürk, həm də Ulu Öndər Heydər Əliyev Türkiyə və Azərbaycanın qardaşlaşması, dostlaşması yolunda böyük işlər görüblər. Bu gün tərəfdaşlıq, müttəfiqlik əlaqələri ölkə Prezidentləri - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən yüksələn xətlə inkişaf etdirilir.

İki qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olduğuna diqqət çəkən Asip Kaya Şuşa Bəyannaməsi ilə rəsmiləşdirilən Türkiyə-Azərbaycan müttəfiqliyini, ən çətin zamanlarda bir-birinə göstərdikləri mənəvi dəstəyi bu qardaşlığın dünyaya bəyanı kimi səciyyələndirib.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva çıxış ediblər. Çıxışlarda Mustafa Kamal Atatürkün və Heydər Əliyev ideyalarının əhəmiyyətindən, xalqlarımızın mehriban qardaşlıq münasibətlərindən danışılıb, hər iki liderin əsasını qoyduğu dövlət gənclər siyasətindən, türk dünyasının dahi öndərlərinin irsinin daha dərindən öyrənilməsinin zəruriliyindən söhbət açılıb.

Sonra bədii kompozisiya təqdim edilib, “Naxçıvan” Universitetinin tələbələri, o cümlədən burada təhsil alan türk tələbələr milli geyimlərdə rəqslər edib, vətənpərvərlik mövzusunda müxtəlif şeir və musiqi nömrələri səsləndirilib.

Paylaş

Xəbər lenti

Bir telekanalın yayımı dayandırıldı Bu gün, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Bu gün, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Bu gün, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Bu gün, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Bu gün, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Bu gün, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Bu gün, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Bu gün, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Bu gün, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Bu gün, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Bu gün, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Bu gün, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Bu gün, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR