20-05-2023, 13:37 520

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə dünyanın 20-dən artıq ölkəsindən kardioloq və kardiocərrahlar iştirak edir.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın tibb sahəsinin inkişafı istiqamətində fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin konqres iştirakçılarına göndərdiyi təbrik məktubu oxunub.

Tədbirdə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə bildirib ki, Azərbaycanda ürək transplantasiyası həyata keçirilməsi üçün tədbirlər görülür: "2 il əvvəl qəbul edilən "Donor və orqan transplantasiyası haqqında" qanun imkan verir ki, Azərbaycanda ürək əməliyyatları ilə yanaşı ürək transplantasiyası da keçirilsin. Azərbaycanda ürək transplantasiyası həyata keçirə biləcək kifayət qədər mütəxəssislərimiz də var. Hazırda bu istiqamətdə işlər görülür. Bununla bağlı Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlar müzakirələr aparır. Yaxın vaxtlarda Azərbaycanda ürək transplantasiyası həyata keçirilə bilər".

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev isə vurğulayıb ki, Azərbaycanda ölümlə nəticələnən xəstəliklər arasında ürək damar xəstəlikləri də var: "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi xidmətlər zərfində ürək damar xəstəlikləri var. 400-dən çox xəstəliklərin olduğu zərfdə 70-dən çox ürək damar xəstəlikləri var. Ötən il Azərbaycanda 34 min ürək damar əməliyyatı olub. Əməliyyatlar həm böyüklər, həm də uşaqlarda aparılıb. Azərbaycanda artıq oturuşmuş sistem var. Bakıda və bölgələrdən müraciətlər qəbul edilir və dərhal icbari tibbi sığorta vasitəsilə ən yaxşı mütəxəssislərə yönəldilir".

Z.Əliyev əlavə edib ki, Azərbaycanda bölgələrdə də ürək damar xəstəliklərinə operativ müdaxilə üçün yeni şöbələrin yaradılmasına başlanılıb: "Regionlarda ürək damar cərrahiyyəsi şöbəsi yaradılır. Artıq Lənkəranda bu şöbə açılıb. İlin sonuna qədər digər bölgələrdə də açılacaq".

Agentlik sədri həmçinin bildirib ki, yaxın günlərdə icbari tibbi sığorta üzrə yeni xidmətlər zərfinin təsdiqini gözlənilir: "Yeni xidmətlər zərfində ürək-damar xəstəliklıri ilə bağlı bir sıra yeni xidmətlər də yer alacaq".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri Vüqar Qurbanov Azərbaycanda kordilogiyanın inkişafında Ulu öndər Heydər Əliyevin rolundan danışıb: "Onun tapşırığı ilə Türkiyə və digər ölkələrdə təhsil alan kordioloqlar bu gün Azərbaycanda kordiologiyanın inkişafına böyük töhfələr verir".

TƏBİB sədri bildirib ki, Azərbaycanda ürək damar xəstələri cavanlaşıb və hər il artır: "Bu proses TƏBİB-in tabeliyindəki xəstəxanalara müraciətlərdə özünü göstərir".

Konqresdə çıxış edən, vaxtilə Klivlend klinikasında Ulu Öndər Heydər Əliyevin həkimi olan məşhur kardioloq, professor Murat Tuzcu Ümummilli lider haqqında xatirələrini bölüşüb.

O bildirib ki, Heydər Əliyevin Azərbaycan sevgisi hər şeydən üstün idi: "Heydər Əliyevin duruşu ölkəsinin və xalqının qururunu xatırladırdı. Ulu Öndərin ətrafdakılara təsir edən aurası vardı. O, yeni şeyləri öyrənmək istəyini itirməyən 80 yaşlı cavan idi. O, xəstəxanaya hər gəlişində hər kəslə maraqlanardı. Ulu Öndər bütün dünya liderlərinin hörmətini qazanmışdı".

Somda Mərkəzi Klinik Xəstəxananın baş həkimi, professor Kamran Musayev Murat Tuzcuya "Təşəkkürnamə" təqdim edib.

Paylaş

Xəbər lenti

Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR