21-05-2023, 23:51 1071

Nyu-Yorkda Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağı qaldırılıb - YENİLƏNİB

ABŞ-ın Nyu-York şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın dövlət bayrağı qaldırılıb.

"Report"un ABŞ bürosu xəbər verir ki, üç rəngli, ay-ulduzlu bayrağımız Nyu-York şəhərinin simvolu və maliyyə mərkəzi hesab olunan, turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində - "Wall Street"də yerləşən "Bowling Green" parkında nəhəng bayraq dirəyindən asılıb.

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin təşəbbüsü və dəstəyi, Amerika Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı və Nyu-York şəhər meriyasının dəstəyi ilə keçirilən mərasimdə ölkəmizin  BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev, xarici işlər nazirinin müavini Elnur Məmmədov, İtaliyanın Nyu-Yorkdakı konsulunun müavini Rikardo Kursi, Nyu-York şəhər meriyasının rəsmiləri, BMT yanında Daimi Nümayəndəlikdə fəaliyyət göstərən diplomatlar və Azərbaycan diasporunun fəalları iştirak ediblər.

Mərasimdə çıxış edən Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri qonaqlara ölkəmizin tarixinin ən şanlı və parlaq səhəfələrdən biri olan 28 May – Müstəqillik Günü barəsində ətraflı məlumat verib. Bildirib ki, azadlığı və istiqlaliyyəti uğrunda tarix boyu mübarizə aparan Azərbaycan xalqı 28 may 1918-ci ildə Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb: "Ulu Öndər Heydər Əliyev yenidən Azərbaycanı bizə geri verdi və onun möhkəm təməllər üzərində qurduğu müstəqillik əbədi və dönməz oldu. Bu il Heydər Əliyevin 100 illik yubleyini ona olan böyük minnətdarlıq hissi ilə qeyd edirik. Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanın taleyi etibarlı əllərdədir".

Mərasimdə çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov diqqətə çatdırıb ki, 28 May -Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunub və bu gün hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir: "Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir tarixi mərhələnin başlanğıcı olub. Ulu öndərin imzası ilə xalqımız 70 il sonra yenidən öz müstəqilliyini bərpa etdi. Belə ki, Azərbaycan Xalq Cumhuriyyətinin siyasi varisi olan çağdaş Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyev tərəfindən tarixin ən çətin dövrlərində yenidən quruldu.

Bu gün, Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanın taleyi etibarlı əllərdədir və qurulan möhkəm təməl, aparılan uğurlu siyasət müstəqilliyimizin sarsılmazlığına tam təminat verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu prosesi müstəqilliyimizin bəhrəsidir".

Tədbirdə çıxış edən Nyu-York şəhər meriyasının protokol xidmətinin rəhbəri Rəna Abbasova da, 28 May - Müstəqillik Günü münasibəti ilə dünya azərbaycanlılarrını təbrik edib. O, dünyanın harasında yaşamağından asılı olmayaraq bütün azərbaycanlıların hər zaman birlikdə olmasının vacibliyinə diqqət çəkib.

Üçrəngli bayrağımız dövlət himnimizin sədaları altında Nyu-York səmasına qaldırılıb, Azərbaycanın və ABŞ bayraqları səmada birlikdə dalğalanıb.

Mərasim Nyu-Yorkun yerli mediasında canlı yayımlanıb. Ərazini ziyarət edən turistlər bayrağımızın fonunda şəkil çəkdiriblər.

Qeyd edək ki, Nyu-York şəhərinin ilk rəsmi parkı olan və nəhəng bayraq meydanı kimi tanınan "Bowling Green" bu gündən etibarən 10 gün müddətində Azərbaycan bayrağına ev sahibliyi edəcək.

22:12

ABŞ-ın Nyu-York şəhərində Azərbaycan bayrağı ucaldılıb.

Bu barədə “Report”a Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Daimi Nümayəndəliyindən bildirilib.

Mərasim Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun iştirakı ilə keçirilib.

Anar Tağıyev

Paylaş

Xəbər lenti

Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakim açıqladı Bu gün, 11:48 NETTY 2026 ərizə qəbulu elan edilib Bu gün, 11:48 Nostradamusun 2027-ci il proqnozları üzə çıxdı - Müharibə, qızılın bahalaşması... Bu gün, 11:48 "İrşad" Zəfər sevincini "Şad Günlər"lə qeyd edir! Bu gün, 11:48 Gürcüstanda azərbaycanlı qardaşları öldürən şəxs yaxalandı Bu gün, 11:48 Bu şəxslər üçün yeni yaşayış evləri tikiləcək Bu gün, 11:48 Kamilo Durandan Azərbaycan bayrağı açan azarkeşə jest - ANBAAN VİDEO Bu gün, 11:48 Qobustanda göbələkdən zəhərlənənlərin son durumu Bu gün, 11:48 Azərbaycan əcnəbilər üçün bir sıra dövlət rüsumları müəyyən edir Bu gün, 11:48 Yol polisi bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət edib Bu gün, 11:48 Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək Bu gün, 11:48 Toy üçün qızıl almaq istəyənlərin NƏZƏRİNƏ - YENİ QİYMƏTLƏR Bu gün, 11:48 Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq? Bu gün, 11:48 ADY-yə məxsus nasosda problem yarandı, tuneli su basdı Bu gün, 11:48 Azərbaycanda vergi borclarına görə hesablanan faizlərin iki dəfə azaldılması təklif edilir Bu gün, 11:48 Şəhid ailələri ilə bağlı yeni güzəşt gündəmdə Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 107 dollara yaxınlaşır Bu gün, 10:48 İşləməyə ehtiyacı olmayan şəxslər qeydiyyata alınacaqlar Bu gün, 10:48 Azərbaycanda kimlərin maaşları artacaq? - Komitə üzvü danışdı Bu gün, 10:48 Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb Bu gün, 10:48 Bakıda Azərbaycan və İtaliya hərbi ekspertlərinin iştirakı ilə təlim keçirilib Bu gün, 10:48 "Omid" Mağazalar Şəbəkəsinin rəhbəri həbs edildi Bu gün, 10:48 Gürcüstanın №1 daşınmaz əmlak şirkət Archi bir gündə mənzil satışları üzrə yeni rekorda imza atıb! Bu gün, 10:48 DTX-nin Akademiyasında Zəfər gününə həsr olunan elmi-praktiki konfrans keçirilib Bu gün, 10:48 Mingəçevirdə yük avtomobili bataqlıqda batıb, iki nəfər xilas edilib Bu gün, 10:48 Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü Bu gün, 10:48 Gəncədə evdən kişi meyiti tapılıb Bu gün, 09:48 Qızıl və gümüşün qiyməti UCUZLAŞDI Bu gün, 09:48 Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq Bu gün, 09:48 İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar Bu gün, 09:48 Azərbaycanlı ictimai və siyasi xadim Heydər Camalın doğum günüdür Bu gün, 09:48 Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb Bu gün, 09:48 Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq Bu gün, 09:48 Azərbaycanlı xanəndənin həyat yoldaşı bu səbəbdən həbs edildi Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında XI tura start verilir Bu gün, 09:48 Quba və Qusarın dağlıq ərazilərinə qar yağıb Bu gün, 08:48 Bakıda bu ünvanlarda işıq olmayacaq Bu gün, 08:48 UEFA Avropa Liqası: "Trabzonspor" öz meydanında, "Beşiktaş" isə səfərdə uduzdu Bu gün, 08:48 Türkiyənin sabiq naziri həbs edildi Bu gün, 08:48 Beynəlxalq axtarışda olan Elmir Nuriyev Almaniyadan Azərbaycana gətirilib Bu gün, 08:48 Denis Şmıqal: Azərbaycan şirkətlərinin Ukraynanın bərpasında iştiraka dəvət edirik Bu gün, 00:48 Nazir: Azərbaycandan Ukrayna vasitəsilə Avropaya gedəcək logistika yollarını hazırlamaq lazımdır Bu gün, 00:48 Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib Bu gün, 00:48 Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq Bu gün, 00:48 6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür Bu gün, 00:48 Rezai: Putin ABŞ-İran münaqişəsini bitirmək üçün hər şey edəcək Dünən, 23:48 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi Dünən, 23:48 Mingəçevirdə usta iş başında öldü Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR