
“BMT beynəlxalq hüquqa və nizamnaməsinə uyğun olaraq Ukrayna münaqişəsinin bitməsini istəyir”.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bir sıra Qərb ölkələrinin Ukraynaya “F-16” qırıcıları tədarük etmək qərarına münasibət bildirərkən deyib.
“Məqsədimiz BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və müvafiq qətnamələrə uyğun olaraq bu münaqişəyə son qoymaqdır”, - deyə Baş katibin sözçüsü bildirib.
Qeyd edək ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borel bildirib ki, ittifaq yaxın vaxtlarda Ukraynanı “F-16” qırıcıları ilə təmin edə biləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.