23-05-2023, 13:46 779

Bakıda “Bizim həyət” layihəsi çərçivəsində yeni həyət istifadəyə verilib

Mayın 23-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yenilənən daha bir həyət sakinlərin istifadəsinə verilib.

“Report”un xəbərinə görə, yenilənmiş həyət Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 84B və 84V ünvanlarında 600 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü mini futbol stadionu, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 5 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik sistemi yenidən qurulub.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 1300 ədəd müxtəlif cinsli ağaclar, 4500 kol əkilib, 4000 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında 2000 ədəd daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə hava çirklənməsinə qarşı “yaşıl səddlər” (green barriers) yaradılıb.

Həyətin sakini, Əməkdar müəllim Gülzar Kələntərli həyətin abadlaşmadan öncə baxımsız vəziyyətdə olduğunu deyib. “İndi isə həyətimizdə istirahətimiz üçün, vaxtımızı səmərəli keçirməyimiz üçün hər cür şərait yaradılıb. Buna görə həyətimizin bütün sakinləri adından Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya minnətdarlığımı bildirirəm”, - deyə G.Kələntərli qeyd edib.

Həyətin digər sakini Sima Yusifova baxımsız bir həyətin əsl cənnət guşəsinə çevrildiyini deyib: “Bu gün sevincimizin həddi hüdudu yoxdur. Məhəlləmizin cənnət guşəsinə çevirdiklərinə görə əməyi keçən hər kəsə təşəkkür edirəm”.

“Bizim Həyət” layihəsi çərçivəsində ümumi yaşayış sahələrinin həyətlərinin abadlaşdırılmasına dair məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

Paylaş

Xəbər lenti

Yuxusuzluq insult riskini 26 faiz artıra bilər – Alimlərdən yeni araşdırma Bu gün, 16:48 Deniz Göktaş azadlığa buraxıldı Bu gün, 16:48 Siqaret çəkənləri bu cərimələr gözləyir - 30 manatdan 700 manatadək... Bu gün, 16:48 Gəlinini bıçaqlamaqda təqsirləndirilən 72 yaşlı kişi təcridxanada öldü Bu gün, 16:48 Qətər Avropa və Asiya ölkələrinə qaz tədarükünü dayandırdı - SƏBƏB Bu gün, 16:48 Braziliyada məhbus dəmir barmaqlıqların arasından keçərək qaçdı – ANBAAN GÖRÜNTÜLƏR Bu gün, 16:48 Futbolda qeyri-adi hadisə: oyunçunun saçını yolan iki futbolçu qırmızı vərəqə aldı Bu gün, 16:48 Ağsuda dağlıq ərazidə yanğın başlayıb Bu gün, 15:49 Bakıda oğlunu öldürən qadın özünü binadan atdı Bu gün, 15:49 Ançelotti Rafinyanı hücumçu mövqeyində sınayacaq Bu gün, 15:48 Qəhvə insanlara niyə fərqli təsir edir? - Dietoloq səbəbini açıqladı Bu gün, 15:48 Lahorda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq iddiası – İstintaq başladı Bu gün, 15:48 Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ Bu gün, 15:48 Bakıda 117 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm – 5 il həbs şərti verildi Bu gün, 15:48 Kəlbəcərə sərmayə üçün tarixi fürsət: İlk özəl kompleksin satış şərtləri. Bu gün, 15:48 3 uşaq anası evdən qaçıb? - "Tez gəldim nənəmə dedim ki..." Bu gün, 15:48 Yanvar-avqust aylarında 32 440 uşağa reabilitasiya xidmətləri göstərilib Bu gün, 14:48 Bu həftə 12 bürcü nələr gözləyir? – Keçmiş sevgilər və pul gündəmdə Bu gün, 14:48 Jurnalist Əvəz Zeynallı vəfat etdi Bu gün, 14:48 Bakıda sabah yağış yağacaq - HAVA PROQNOZU Bu gün, 14:48 Bakının mərkəzində piyada zonaları genişləndirilir Bu gün, 14:48 "Birliyin Gücü – 2026": Panton körpülərin qurulması, minalı sahələrdə keçidlər icra olunub Bu gün, 14:48 Kiyevə dron hücumu zamanı daha bir azərbaycanlı yaralanıb Bu gün, 14:48 Məşhur brendin yeni smartfonlarından vacib aksesuar çıxarılıb Bu gün, 14:48 Putin Səudiyyə Ərəbistanındakı səfiri vəzifədən azad edib Bu gün, 14:48 "Azərbaycanda idarələrdə də öz dilimizdə danışmırlar" - Ayxan Abbasov Bu gün, 14:48 Məmmədli qəsəbəsində qadın qətlə yetirilib, əri şübhəli bilinir Bu gün, 14:48 Murad Ağabəyli: "Palçıq vulkanları turizm kompleksinə gələnlərin 93-94 faizini xaricilər təşkil edir" Bu gün, 13:48 Bakıda dəhşətli qətl: 48 yaşlı qadın evində öldürüldü Bu gün, 13:48 Kamran Əliyev: Hərbi və ağır cinayətlərin sayı azalıb Bu gün, 13:48 İranda dolların məzənnəsi rekord həddə çatdı – 2,3 milyon rialı keçdi Bu gün, 13:48 Nazirlik: 1 nəfərdə quduzluq müşahidə edilib Bu gün, 13:48 Hindistan və Nepalda sel və torpaq sürüşməsi: 83 nəfər öldü Bu gün, 13:48 Buğda son 20 ilin ən yüksək səviyyəsinə çatdı - Çörək bahalaşacaq? Bu gün, 12:48 Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb Bu gün, 12:48 Öldürülən həkimin qızından ŞOK AÇIQLAMA: "Anamı öldürüb mənə dağ çəkməsi yetmirmiş kimi..." Bu gün, 12:48 Kiyev vilayətinə hücumda azərbaycanlı həlak olub – Zelenskidən açıqlama Bu gün, 12:48 SOCAR AQŞ maliyyə vəziyyətini açıqlayıb Bu gün, 12:48 Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur - 3,7 milyon manatlıq LAYİHƏ Bu gün, 12:48 Liseyin yaxınlığında ağac yandı, məktəbin elektrik xətləri zərər gördü Bu gün, 12:48 Murad Ağabəyli: "Bu il qoruqlara 432 min nəfər bilet alıb" Bu gün, 12:48 Vahid Ələkbərov "Forbes"də BİRİNCİ Bu gün, 12:48 Avtoxuliqanlıq edən sürücü 15 sutka həbs edildi – VƏSİQƏSİ də əlindən alındı Bu gün, 11:48 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE Bu gün, 11:48 Vətən müharibəsi qazisi, aşpaz vəfat etdi Bu gün, 11:48 Bakıda tıxacları belə azaltmaq olar - Avtobus zolaqları, dayanacaqlar... Bu gün, 11:48 BDYPİ-dən yük maşını sürücülərinə SƏRT ÇAĞIRIŞ: "Yorğun halda sükan arxasına keçməyin!" Bu gün, 11:48 Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR