24-05-2023, 19:45 1261

Azərbaycanın regional maliyyə mərkəzinə çevrilməsi üçün ilkin şərtlər açıqlanıb

“Azərbaycanda ölkənin regional maliyyə mərkəzinə çevrilməsi üçün şərait formalaşır”.

“AVESTA.AZ” xəbər verir ki, bunu Rusiyanın “Qazprombank”ının Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina deyib.

Onun sözlərinə görə, bu potensial 6 şərtlə bağlıdır.

"Birincisi, Azərbaycan Şimaldan Cənuba və Şərqdən Qərbə Avrasiyanın əsas nəqliyyat marşrutlarının kəsişməsində unikal mövqeyə malikdir. Bir tərəfdən  ölkə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mərkəzindədir. Avrasiyanın Şərqini və Qərbini birləşdirən bu layihə Qazaxıstan, Türkiyə və Gürcüstanla birgə həyata keçirilir. Digər tərəfdən, Azərbaycan Cənubi Asiya ölkələri ilə ticarətin inkişafına yönəlmiş “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yanında mərkəzi mövqe tutur. Eyni zamanda, Azərbaycanda bütün zəruri nəqliyyat-logistika infrastrukturu, daha dəqiq desək, hava, dəmir yolu, boru kəməri və dəniz yolları var", - deyə G.Xaydarşina qeyd edib. 

"İkincisi, nəqliyyat-logistika infrastrukturunun genişləndirilməsi yeni sənaye sahələrinin, o cümlədən əsas nəqliyyat qovşaqlarının yaxınlığında yerləşən yüksək texnologiyalı müəssisələrin yaradılmasına kömək olacaq. 2019-cu ildə SOCAR-ın Sumqayıt Kimya Sənaye Parkında inşa etdiyi, 2022-ci ildə azot gübrələrinin Hindistana ixracına başlayan karbamid zavodunu buna misal göstərmək olar. Bundan əlavə, Azərbaycanın qərbində alüminium məmulatlarının istehsalı üzrə yeni böyük müəssisə yaradılacaq. Birinci mərhələdə investisiyaların məbləği 132 milyon ABŞ dolları təşkil edəcək. Biz onu da qeyd edirik ki, böyük neft və qaz ehtiyatlarının nəqliyyat dəhlizlərinə yaxınlığı Avrasiyanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın əhəmiyyətini artırır”, - deyə “Qazprombank”ın baş iqtisadçısı bildirib.

"Üçüncüsü, Azərbaycan Avrasiyanın rəqəmsal habına çevrilir. Milli internet provayderi “AzerTelecom” “Azərbaycan rəqəmsal habı” ("Azerbaijan Digital Hub") adlı genişmiqyaslı proqram həyata keçirir. Proqramın məqsədi Azərbaycanı rəqəmsal xidmətlərin idxalçısından dünya əhalisinin 1/4-nin yaşadığı regionda (Yaxın Şərq, Mərkəzi, Cənubi və Cənub-Şərqi Asiya) ən böyük ixracatçıya çevirməkdir. Bu proqram Azərbaycanın Qazaxıstan və Türkmənistanla birgə iştirak etdiyi daha böyük layihə - “Rəqəmsal İpək Yolu” ("Digital Silk Way") ilə birgə həyata keçirilir. Bu layihənin həyata keçirilməsi Mərkəzi Asiya, Çin və Avropa ölkələri arasında məlumatların ötürülməsini sürətləndirəcək", - deyə o vurğulayıb. 

"Dördüncüsü, Azərbaycan dövlət proqramlarının köməyi ilə informasiya texnologiyaları sektorunun inkişafına diqqət yetirir. “Dövlət dəstəyi ilə İT sektorunun inkişafı üçün üç istiqamət həyata keçirilir, daha dəqiq desək, maliyyə texnologiyalarının yaradılması, kibertəhlükəsizliyin təmin edilməsi (2022-ci ildə Azərbaycan Kibertəhlükəsizlil Təşkilatları Assosiasiyası yaradılıb) və xarici proqramçıların və sahənin digər mütəxəssislərinin cəlb edilməsi ilə Azərbaycanda İT autsorsinqin inkişafı. Məqsəd Azərbaycanı İT xidmətlərinin autsorsinqi üzrə regional mərkəzə çevirməkdir ki, bu da onun Avrasiya məkanındakı rolunu gücləndirməyə kömək edəcək”, - G.Xaydarşina hesab edir.

"Beşincisi, Azərbaycan sahənin aparıcı ölkələrinin dəstəyi ilə startap ekosistemini fəal şəkildə inkişaf etdirir. 2021-ci ildə startap ekosisteminin inkişafı üzrə dövlət proqramı işə salınıb. Bu proqram çərçivəsində startaplar üçün mənfəət vergisi və ƏDV-dən azad olmağı nəzərdə tutan güzəştli vergi rejimi tətbiq edilib. Bundan əlavə, ölkədə “StartUp School” layihəsi, eləcə də iri universitetlərdə İT məktəbləri yaradılıb və uğurla fəaliyyət göstərir. 

Nəhayət, sonuncu – altıncı şərt Azərbaycanda rəqəmsal inkişaf indeksinin göstəricilərinin yaxşılaşmasıdır. BMT-nin Rəqəmsal İnfrastruktur İnkişafı İndeksinə əsasən, Azərbaycan son 10 ildə reytinqdə 10 pillə yüksəlib, 2022-ci ildə isə 193 ölkə arasında 80-ci yerdə qərarlaşıb. Beləliklə, irimiqyaslı regionlararası nəqliyyat logistika infrastrukturunun, eləcə də yeni sənaye sahələrinin yaradılmasının inkişaf etmiş rəqəmsal infrastruktur tərəfindən dəstəklənən maliyyə xidmətlərinin genişləndirilməsini tələb etdiyini nəzərə alsaq, Azərbaycan regional maliyyə mərkəzi olmaq üçün bütün ilkin əlamətləri nümayiş etdirir”, - “Qazprombank” nümayəndəsi vurğulayıb.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR