25-05-2023, 13:58 657

Nazir FHN-in Akademiyasında kurs keçmiş qətərli zabitlərə sertifikatlar təqdim edib

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov FHN-in Akademiyasında ixtisasartırma kursunda iştirak etmiş Qətər Dövlətindən olan bir qrup zabit heyəti ilə görüşüb.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Bildirilib ki, tədbirdə, həmçinin Qətər Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab da iştirak edib.

Qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyi tərəfindən təbii və texnogen xarakterli fövqəladə hallarla mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Bu çərçivədə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 gün ərzində Azərbaycanın şanlı Ordusu tərəfindən Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı dədə-baba torpaqlarımızın azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu qürur hissi ilə qeyd edən nazir Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyəti barədə də danışıb.

Azərbaycan ilə Qətər arasında sıx əməkdaşlıq münasibətlərini qeyd edən nazir iki ölkə liderlərinin müdrik uzaqgörənliyi sayəsində əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. Nazir həmsədri olduğu Azərbaycan Respublikası ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyəti barədə məlumat verib.

Digər sahələrdə olduğu kimi, fövqəladə hallarla mübarizə sahəsində də hər iki ölkənin müvafiq qurumları arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini xatırladan nazir 2014-cü ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in əhəmiyyətini qeyd edib. Bu çərçivədə, Qətər Dövlətindən olan bir qrup zabitin Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ixtisasartırma kursunda iştirakının əlaqələrin genişlənməsinə yeni təkan verəcəyinə ümidvar olduğunu bildirib. Nazir kursu müvəffəqiyyətlə başa vurmuş zabitləri təbrik edib, Akademiyada aldıqları biliklərin onların peşəkar fəaliyyətində faydalı olacağına əminliyini ifadə edib.

Səmimi görüşə görə təşəkkür edən Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab qarşıdan gələn Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb. O, ölkələrimiz arasında mövcud əməkdaşlıq münasibətlərinin inkişafının hər iki tərəf üçün faydalı olduğunu, bu çərçivədə fövqəladə halların idarə edilməsi üzrə ölkələrimizin uyğun qurumlarının əlaqələrinin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Səfir Azərbaycan Fövqəladə Hallar Nazirliyinin istər ölkədaxili, istərsə də xarici ölkələrdə baş vermiş fövqəladə hallarla mübarizədə, xüsusilə Türkiyədəki dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib. Səfir qətərli zabitlərin FHN-in Akademiyasındakı ixtisasartırma kursunda zəngin biliklərə yiyələndiklərinə əmin olduğunu, belə imkanın yaradılmasına görə təşəkkürünü bildirib.

Sonra nazir K.Heydərov “Fövqəladə halların idarə edilməsi” mövzusunda beynəlxalq kursu müvəffəqiyyətlə başa vurmuş qətərli zabitlərə sertifikatları təqdim edib.

Paylaş

Xəbər lenti

Şəhid anasının həyatını itirdiyi qəza necə baş verib? Bu gün, 20:48 Mourinyo: "Bu, çox ağır və kədərlidir" Bu gün, 20:48 "Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin milli komandasına dəvət alıb Bu gün, 20:48 Azərbaycanda təbii qaz hasilatı gələn il 1,5 % artacaq Bu gün, 20:48 Tramp iki Avropa ölkəsinin gələcəyi ilə bağlı proqnoz verdi Bu gün, 20:48 Yol vergisindən daxilolmalar azalacaq Bu gün, 20:48 "Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti matçını keçirib Bu gün, 19:48 Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək Bu gün, 19:48 İşğaldan azad edilmiş ərazilərdə özəl sektorun 1 300-dən artıq layihəsi icra olunur Bu gün, 19:48 Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək? Bu gün, 19:48 Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir Bu gün, 19:48 İlham Əliyevin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb Bu gün, 18:48 Azərbaycanda soyuducularla bağlı XƏBƏRDARLIQ Bu gün, 18:48 Nazir Kəmaləddin Heydərov Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski ilə görüşüb Bu gün, 18:48 Azercell "30 il səninlə" lotereyası çərçivəsində ilk qaliblərinə 2 Toyota Corolla Cross və 14 iPhone 17 Pro smartfonu hədiyyə etdi! Bu gün, 18:48 Bakıda keçiddən istifadə edənlərə ŞAD XƏBƏR - 31 fərqli ünvanda... Bu gün, 18:48 Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya Bu gün, 18:48 "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb Bu gün, 18:48 ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib Bu gün, 18:48 Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə Bu gün, 17:48 Əli Əsədov Rusiya, Belarus, Özbəkistan və Qırğızıstanın rəsmiləri ilə görüşüb Bu gün, 17:48 Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar Bu gün, 17:48 Qazaxıstan Azərbaycan ərazisilə İsrailə 500 min ton buğda çatdırmağa hazırdır Bu gün, 17:48 Əhaliyə XƏBƏRDARLIQ - Sabah güclü külək əsəcək Bu gün, 17:48 Kollektorun üzərində ev tikən sakinlər problemə səbəb oldular Bu gün, 17:48 "Odyssey" yolda qaldı - Yanacaq almağa vəsaiti çatmadı Bu gün, 17:48 TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı Bu gün, 17:48 Bakıda üzərlərindən maşın keçən ana və körpəsinin SON DURUMU Bu gün, 16:49 Son 20 ildə Bakıda 100-dən çox yeni park və bağ yaradılıb Bu gün, 16:48 Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib Bu gün, 16:48 Trampın partiyası hər iki palatanı itirdi: Demokratlar Konqresə nəzarəti ələ keçirdi Bu gün, 16:48 Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam Bu gün, 16:48 Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər Bu gün, 16:48 Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb Bu gün, 16:48 Zaur Abişevə yüksək vəzifə verildi Bu gün, 16:48 Keçmiş nazirin oğluna vəzifə verildi Bu gün, 16:48 Torpağın sotunun qiyməti 16 min manatı ötdü - Kəskin bahalaşma Bu gün, 16:48 Azərbaycanda yeddi min ailəyə qurban payı veriləcək Bu gün, 16:48 Britaniyalı diplomat: "Ölkənin Rusiya ilə müharibə aparmağa nə maliyyəsi, nə də imkanları var" Bu gün, 16:48 Gələn il pensiya və müavinətlər artırılacaq? - RƏSMİ CAVAB Bu gün, 16:48 Azərbaycanda keçirilən dünya çempionatının iştirakçıları Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər Bu gün, 15:48 Leyla Əliyeva "Nine senses" incəsənət mərkəzindən paylaşım edib Bu gün, 15:48 Sahil Babayev ƏDV rejiminin dəyişdirilməsi ehtimalına münasibət bildirib Bu gün, 15:48 Günəşdə yenidən partlayışlar qeydə alınıb Bu gün, 15:48 Perunun 70 faizində "El-Nino" təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib Bu gün, 15:48 Bu şəxslərə müddətsiz əlillik veriləcək - Təkrar müayinəyə çağırılmayacaqlar Bu gün, 15:48 Bred Pittin qızı rəsmi olaraq atasının soyadından İMTİNA ETDİ Bu gün, 15:48 Batrakovun "Qalatasaray"dakı ləqəbi "Bebek" imiş Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR