25-05-2023, 21:45 5

Spiker:

Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində mayın 25-də bu ölkənin Milli Assambleyasının sədri Vladimir Orliçlə görüşüb.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin sədrini salamlayan Serbiya parlamentinin spikeri bu ayın 16-da Azərbaycana səfəri, Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirakı və Sahibə Qafarova ilə görüşü barədə təəssüratlarını bölüşüb. O, uzaqgörən siyasətçi və böyük dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bu tədbirin yüksək səviyyədə təşkili münasibətilə Milli Məclis sədrini təbrik edib.

Azərbaycan və Serbiya arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyini bildirən Milli Assambleyanın sədri qeyd edib ki, iki ölkənin dövlət başçıları arasında münasibətlər və qarşılıqlı səfərlər əlaqələrimizin daha da genişlənməsinə imkan verib. O, bu səfərlərin gələcəkdə də davamlı olacağını bildirib və əlavə edib ki, tərəflər arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi üzərində hər iki tərəfdə ciddi iş aparılır.

Serbiya parlamentinin spikeri qeyd edib ki, ölkələrimiz müxtəlif sahələri əhatə edən əməkdaşlıq münasibətlərinə malikdir. Ölkələrimiz suverenlik və ərazi bütövlüyü məsələlərində həmrəylik nümayiş etdirirlər. Yüksək siyasi dialoq iqtisadi sferada da münasibətlərə təkan verir. Xüsusilə, energetika və ekologiya, sərmayə qoyuluşu sahələrində əlaqələrin daha da dərinləşdirilməsi üçün yaxşı imkanlar mövcuddur.

Parlamentlərarası münasibətlərin inkişaf perspektivlərindən danışan Assambleya sədri, Sahibə Qafarovanın bu səfərinin Serbiyaya Azərbaycan parlamentinin sədri səviyyəsində ilk səfər olduğunu bildirib və qeyd edib ki, bu səfər münasibətlərimizin daha da dərinləşməsinə xidmət edəcək. O, qeyd edib ki, səfər çərçivəsində Serbiya Milli Assambleyası ilə Azərbaycan Milli Məclisi arasında imzalanacaq parlamentlərarası anlaşma memorandumu qanunvericilik orqanlarımız arasındakı əlaqələri yeni səviyyəyə qaldıracaq. O, parlamentlərarası əməkdaşlığın inkişafında dostluq qruplarının fəaliyyətinin və qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.

Milli Məclisin sədri Sahibə Qafarova göstərilən qonaqpərvərliyə görə serbiyalı həmkarına təşəkkürünü bildirib, ona mayın 16-da Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirakına və maraqlı çıxışına görə bir daha minnətdarlığını ifadə edib.

Spiker Sahibə Qafarova qeyd edib ki, Azərbaycan və Serbiya arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri məmnunluq doğurur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Serbiya Azərbaycanın Avropadakı ən yaxın dostlarından biridir. Azərbaycan ilə Serbiyanın dövlət başçıları arasında mövcud olan dostluq münasibətləri ölkələrimiz arasında əlaqələrin sürətli inkişafında önəmli rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin noyabr ayında Serbiyaya, Serbiya Prezidenti Aleksandar Vuçiçin isə ötən ilin dekabrında ölkəmizə baş tutmuş səfərlərinin uğurlu nəticələri bunu bir daha sübut edir.

Milli Məclisin sədri bildirib ki, Azərbaycan və Serbiya prinsipial məsələlərdə həm beynəlxalq təşkilatlarda, həm də ikitərəfli əlaqələrdə bir-birini daim qarşılıqlı şəkildə dəstəkləyir, həmrəylik nümayiş etdirirlər.

Sahibə Qafarova qeyd edib ki, Azərbaycan və Serbiya xalqları arasında dostluq münasibətləri dövlətlərarası münasibətlərin inkişafı üçün möhkəm əsasdır. Belqradda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsinin, Novi Sad şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstünün, serb xalqının görkəmli nümayəndəsi Nikola Teslanın Bakıda abidəsinin ucaldılması xalqlarımızın bir-birinin dəyərlərinə qarşılıqlı hörmətinin təzahürüdür. O, həmçinin xatırladıb ki, 2023-cü ilin martında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə Novi Pazar şəhərləri arasında qardaşlıq əlaqələrinin yaradılması haqqında Memorandum imzalanıb.

Spiker Sahibə Qafarova Serbiya Milli Assambleyası ilə Azərbaycan Milli Məclisi arasında imzalanacaq parlamentlərarası anlaşma memorandumunun da bu sahəyə dəyərli töhfə olacağına inamını bildirib.

Milli Məclisin sədri qeyd edib ki, ötən dövrdə parlament nümayəndə heyətlərimizin həm ikitərəfli əsasda, həm də beynəlxalq tədbirlərdə iştirakı çərçivəsində qarşılıqlı səfərləri olub. Hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qrupları isə qanunverici orqanlarımız arasında körpü rolunu oynayır. Parlamentarilərimiz arasında münasibətlərin daha da gücləndirilməsi üçün dostluq qrupları və parlament komitələri arasında əməkdaşlıq imkanlarından istifadə edilə bilər.

Görüşdə Milli Məclisin sədri 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonrakı dövrdə regionda mövcud olan vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi böyük miqyaslı bərpa və quruculuq işləri barədə də məlumat verib. Sahibə Qafarova deyib ki, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayıb. Spiker diqqətə çatdırıb ki, bəzi ölkələrə münasibətdə BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat ərzində icra olunduğu halda, Azərbaycan 30 il dünyada mövcud olan ikili standartlardan əziyyət çəkib, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulması, torpaqlarımızın qeyd-şərtsiz işğaldan azad olunması ilə bağlı beynəlxalq qətnamələr icra olunmayıb. 2020-ci ildə Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini həyata keçirib, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib.

Spiker Sahibə Qafarova deyib ki, hazırda Azərbaycan işğaldan azad etdiyi Qarabağda və Şərqi Zəngəzurda müasir şəhər və kəndlər tikir. Artıq məcburi köçkünlərimizin öz doğma torpaqlarına qayıtmasını nəzərdə tutan "Böyük qayıdış" proqramına start verilib.

Milli Məclisin sədri xatırladıb ki, Azərbaycan işğal qurbanı olmasına baxmayaraq, regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün səy göstərir və Ermənistana sülh sazişi imzalamağı təklif edib. Sülh müqaviləsinin imzalanması regionda sülh və sabitliyə gətirib çıxaracaq.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Sonra Milli Məclisin nümayəndə heyəti Serbiya Milli Assambleyasının binası ilə tanış olub. Spiker Sahibə Qafarova burada Xatirə kitabını imzalayıb.

Paylaş

Xəbər lenti

Heydər Əliyevin 100 illiyi və Müstəqillik Günü Kolumbiya paytaxtında böyükölçülü lövhədə nümayiş olunub - FOTO Bu gün, 06:45 Şimali Koreya Yaponiyaya xəbərdarlıq edib Bu gün, 06:18 ABŞ-da dövlət borcunun tavanının artırılması ilə bağlı qanun dərc edilib Bu gün, 05:52 “Yuventus” son 12 ildə ilk dəfə Çempionlar Liqasında oynamayacaq Bu gün, 05:20 Kanadanın Toronto şəhərində Azərbaycan bayrağı ucaldılıb Bu gün, 04:48 Finlandiya ATƏT-in dağılmasını istisna etmir Bu gün, 04:19 ABŞ-da defolt təhlükəsi səngiyib Bu gün, 03:41 Ərdoğan Rusiya ilə əməkdaşlıq çərçivəsində Türkiyədə qaz qovşağı yaratmaq niyyətini açıqlayıb Bu gün, 02:32 Türkiyədəki 1 milyon qaçqın öz ölkəsinə qaytarılacaq Bu gün, 02:02 Ərdoğan Prezident Külliyəsində qələbə çıxışı edib - YENİLƏNİB Bu gün, 01:50 Bayden Türkiyə Prezidentini təbrik edib Bu gün, 01:34 Gədəbəydə gənc ehtiyatsızlıqdan ağır xəsarət alıb  Bu gün, 00:36 Türkiyənin MSK sədri seçkilərin nəticələri ilə bağlı açıqlama yayıb – YENİLƏNİB - 5 Bu gün, 00:10 Türkiyə MSK sədri seçkilərin nəticələri ilə bağlı açıqlama yayıb – YENİLƏNİB - 5 Bu gün, 00:10 “Azərbaycan - Türkiyə münasibətlərində yeni bir era açılır” - RƏY Dünən, 23:49 Prezident: "Türkiyənin uğurları qardaş ölkə olaraq bizi də olduqca qürurlandırır" Dünən, 23:40 Musa Qurbanlı: “Qol vurmaq üçün dəridən-qabıqdan çıxmadığım oyun olmayıb” Dünən, 23:38 İlham Əliyev: "Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur" Dünən, 23:30 Paşinyan: “Türkiyə ilə münasibətlərin normallaşacağına ümid edirəm” Dünən, 23:24 Qara Qarayev: “Bu titulu əlimizdən almaq istəyən komandalar çox olub” Dünən, 23:10 Sinan Oğan: “Uduzan terrora bağlı olanlar və onlara güvənənlər oldu” Dünən, 23:05 Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb Dünən, 22:53 Ərdoğanı ilk təbrik edən Azərbaycan Prezidenti olub Dünən, 21:58 Ceyhun Bayramov Türkiyə Prezidentini təbrik edib Dünən, 21:54 Türkiyə Prezidenti: “Qardaşım İlham Əliyev bizimlə bu sevincimizi bölüşür” Dünən, 21:33 Ərdoğan: “Ölkəmizi bizə əmanət edən hər kəsə minnətdaram” Dünən, 21:27 Qubada tanışını bıçaqlayan şəxs saxlanılıb Dünən, 20:55 Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları arasında idman yarışları keçirilir Dünən, 20:43 İsmayıllıda məktəblini avtobus vuraraq öldürüb - YENİLƏNİB Dünən, 20:30 Türkiyəli nazirlər AK Partinin İstanbul təşkilatının binasına gəliblər Dünən, 19:50 Dünya çempionatı: Azərbaycanlı taekvondoçunun rəqibi bəlli olub Dünən, 19:48 Laçında təcili və təxirəsalınmaz tibbi yardım briqadası fəaliyyətə başlayıb Dünən, 19:47 İsrail Prezidenti İlham Əliyevi təbrik edib Dünən, 19:37 “Turan Tovuz” “Qarabağ” üçün çempionluq dəhlizi təşkil edib Dünən, 19:36 Türkiyədə səsvermə bülletenlərinin yarıdan çoxu sayılıb, Ərdoğan liderliyini qoruyur - YENİLƏNİB - 2 Dünən, 19:28 APL: “Neftçi” “Sabah”ı 1 qolla məğlub edib Dünən, 18:59 Gəncədə süni göldə suyun səviyyəsi yenidən artıb Dünən, 18:39 Yevlaxda avtomobil aşıb, ölən və yaralılar var - YENİLƏNİB Dünən, 18:35 APL: Mövsümün son oyununun heyətləri açıqlanıb Dünən, 18:32 Laçın rayonunda Şərqi Qafqaz turları və şahin quşları təbiətə, müxtəlif növ balıqlar Həkəri çayına buraxılıb Dünən, 18:28 Türkiyə MSK: “Səsvermə vaxtında hansısa neqativ hadisə baş verməyib” Dünən, 18:19 Azərbaycan və Özbəkistan XİN başçıları strateji tərəfdaşlıqla bağlı məsələləri müzakirə ediblər Dünən, 18:13 Ərdoğan tərəfdarlarına çağırış edib: "Seçki qutularının yanından ayrılmayın" Dünən, 18:11 “Beşiktaş”ın sabiq futbolçusu atəş açdığı üçün həbs olunub Dünən, 18:00 Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatıb Dünən, 18:00 Albaniya, Polşa və Serbiya XİN-ləri Azərbaycanı təbrik edib Dünən, 16:57 Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib Dünən, 16:51 İsmayıllıda baş verən qəzada polis əməkdaşı xəsarət alıb Dünən, 16:50

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR