1-06-2022, 11:44 1120

Bu gündən 19 minə yaxın səhiyyə işçisinin əmək haqları artırılır
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin qərarı ilə bu gündən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan həkimlərin aylıq vəzifə (tarif) maaşına 800 manat məbləğində sabit həvəsləndirici əlavələr tətbiq olunacaq.

 

Agentlikdən  verilən məlumata görə, bununla da həkimlərə ödəniləcək əmək haqqının məbləği vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra vəzifə (tarif) maaşı və sabit həvəsləndirici əlavələrlə birlikdə minimum 1000 manat təşkil edəcək.
 
Artım həkim-stomatoloqlar istisna olmaqla, həm ambulator, həm də stasionar şəraitdə xidmət göstərən bütün ixtisaslı həkimlərə şamil olunur. Bununla bağlı müvafiq dəyişiklik “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nda öz əksini tapıb. Səhiyyə işçilərinin əmək haqlarının artımı ilə bağlı budəfəki dəyişiklikdən təxminən 19 minə yaxın səhiyyə işçisi faydalanacaq.
 
Nümunə 1:
 
Həkim kardioloqun 12-ci dərəcə aylıq vəzifə (tarif) maaşı 468 manatdır. Həkim kardioloqun vəzifə (tarif) maaşına 800 manat sabit əlavə tətbiq edilir. Bundan başqa həkim kardioloqa ambulator və stasionar fəaliyyət üzrə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr ödənilir. 468+800=1268 manat + işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr.
 
Dəyişiklikliyə əsasən səhiyyə xidmətlərinin təşkili şöbəsinin həkimlərinə (həkim-stomatoloq istisna olmaqla) və ailə həkimi ixtisasları üzrə çalışan həkimlərə verilən aylıq həvəsləndirici əlavələrin məbləği də artıb. Belə ki, onların aylıq vəzifə (tarif) maaşına tətbiq edilən aylıq sabit həvəsləndirici əlavənin məbləği 500 manata çatdırılıb.
 
Tibb müəssisələrində psixoloq, loqoped və pedaqoq, müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsində çalışan mütəxəssislərə verilən sabit aylıq həvəsləndirici əlavələrin məbləği də artaraq 500 manat təşkil edir.
 
Nümunə 2:
 
Ailə həkiminin 12-c dərəcə aylıq vəzifə (tarif) maaşı 468 manatdır. Vəzifə (tarif) maaşına 500 manat sabit əlavə tətbiq edilir. 468+500=968.
 
Eyni zamanda sabit həvəsləndirici əlavələr verilən həkimlərin siyahısına təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (şöbə və bölmələrinin), təcili tibbi yardım şöbə və bölmələrinin həkimləri əlavə olunub. Onlar üçün 250 manat məbləğində sabit həvəsləndirici əlavələr müəyyən olunub. Xatırladaq ki, hazırda sözügedən sahədə çalışan həkimlərin aylıq vəzifə (tarif) maaşları 2 dəfə artım əmsalı tətbiq edilməklə müəyyən edilir.
 
Nümunə 3:
 
Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 12-ci dərəcə aylıq vəzifə (tarif) maaşı 468 manatdır. Təcili tibbi yardım həkimlərinin aylıq vəzifə (tarif) maaşlarına 2 dəfə artım əmsalı tətbiq edilir. 936+250=1186 manat.
 
Sabit həvəsləndirici əlavələr verilən qeyri-tibb işçilərinin siyahısına isə tibb müəssisələrində çalışan müharibə iştirakçıları ilə iş üzrə mütəxəssislər əlavə edilib. Bu mütəxəssislər üçün sabit aylıq əlavə 350 manat məbləğində müəyyən olunub.
 
Qeyd edək ki, artım şamil edilən həkimlərin məvacibinə həmçinin Qaydanın 6-cı bəndində qeyd edilən əmək şəraitinə görə əlavələr hesablana bilər. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.
Paylaş

Xəbər lenti

Əməkdar artist Xalidə Gözəl vəfat etdi Bu gün, 18:48 Kütləvi dava zamanı törədilən qətldə şübhəli bilinən iki nəfər həbs olundu Bu gün, 18:48 "44" bədii filminin sonuncu tizeri yayımlanıb Bu gün, 18:48 Eldəniz Əzizli beşqat dünya çempionu olub Bu gün, 18:48 AFFA prezidenti Rövşən Nəcəf Hövsan Yarış Kompleksini ziyarət edib Bu gün, 17:48 Deputat Arzuxan Əlizadənin qətldə şübhəli bilinən oğlu Əhməd məhkəməyə gətirildi Bu gün, 17:48 Sumqayıtda beş avtomobil toqquşub Bu gün, 17:48 Bakıda "Torpaq" adlı qrup sərgisi açılıb Bu gün, 17:48 Britaniyada "Boelo" fırtınası 57 mindən çox evi işıqsız qoyub Bu gün, 17:48 Naxçıvanın yüksək dağlıq ərazilərinə qar yağıb Bu gün, 16:48 Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər? Bu gün, 16:48 Səudiyyə Ərəbistanında beynəlxalq uçuşlar bərpa olunub Bu gün, 16:48 Aytən Səfərova: "Səhər bunu yeyəndə efirdə yuxum gəlir" Bu gün, 15:48 Zelenski: Rusiya hücumları Ukraynanın 9 bölgəsində infrastruktura zərər vurub Bu gün, 15:48 Azərbaycanlı futbolçu İspaniya klubu ilə 3 illik müqavilə imzaladı Bu gün, 15:48 Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı Bu gün, 14:48 Sürücülərə XƏBƏRDARLIQ - Görünüş məsafəsi məhdudlaşacaq Bu gün, 14:48 "Qalatasaray"ın derbi motivasiyası: Qələbəyə görə 1,5 milyon avro MÜKAFAT Bu gün, 14:48 Günel Zeynalova: "Anamla atam ailə qurmağımı istəyir" Bu gün, 13:49 Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir Bu gün, 13:48 "Sabah" "Qarabağ"ı qəbul edəcək Bu gün, 13:48 İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqladı Bu gün, 13:48 Xəzər dənizi geri çəkilir: Dağıstanın quru ərazisi 3 min kvadratkilometr artıb Bu gün, 13:48 Güləşçilərimiz dünya çempionatında 1/4 finala yüksəliblər Bu gün, 12:48 Yeni Kaledoniya və Fransız Polineziyasından olan azarkeşlər Bakıda aksiya keçiriblər Bu gün, 12:48 Azərbaycanda universitet müəllimi VƏFAT ETDİ Bu gün, 12:48 Reper Navai saxlanıldıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı Bu gün, 12:48 Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib Bu gün, 11:48 Rəsmi Bakı: Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığa böyük önəm verir Bu gün, 11:48 Murad Əhmədiyev və Sərxan Məmmədovdan dünya çempionatına inamlı start Bu gün, 11:48 Azərbaycanın bir sıra rayonlarına qar yağıb - FAKTİKİ HAVA Bu gün, 11:48 Naxçıvanda ağır qəza: 6 nəfər xəsarət alıb Bu gün, 11:48 "Anamla atam ailə qurmağımı istəyir" Bu gün, 11:48 Bu gün Azərbaycan millisi növbəti 2 matçını keçirəcək Bu gün, 10:48 Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb Bu gün, 10:48 "Turandot" – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera Bu gün, 10:48 Azərbaycan güləşçiləri bu gün dünya çempionatında mübarizə aparacaq Bu gün, 10:48 Unudulmaz sənətkar Müslüm Maqomayevin vəfatından 18 il ötür Bu gün, 10:48 Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb Bu gün, 09:49 Tovuzda iki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 09:48 İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib Bu gün, 09:48 Səssizcə həyatımıza girən təhlükə: Hər cavabın əvəzində nəyi itiririk? Bu gün, 09:48 Anasının ölümünə görə ağır cəza aldı: Güllünün işi ilə bağlı qərar açıqlandı Bu gün, 09:48 "Marafon" İK dünyanın aparıcı klubları arasında gücünü sınayacaq Bu gün, 01:18 KİV: İran amerikalılara qarşı hücumlar hazırlayır Bu gün, 00:48 Tovuzda bıçaqlanan iki nəfərdən biri ölüb Bu gün, 00:48 Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür Bu gün, 00:48 Dayıoğlu bibioğlundan şikayətçidir: "Pul lazım idi, satmışam, yaxşı eləmişəm" Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR