29-05-2023, 04:48 1032

Kanadanın Toronto şəhərində Azərbaycan bayrağı ucaldılıb

Kanadanın Toronto şəhərində 28 May – Müstəqillik Günü münasibəti ilə Toronto meriyasının (City Hall) binası qarşısında Azərbaycan bayrağı ucaldılıb.

"AVESTA.AZ"un ABŞ bürosu xəbər verir ki, Kanada Azərbaycanlılar Şəbəkəsinin (Network of Azerbaijani Canadians-NAC) və Torontoda yaşayan Azərbaycan icmasının təşkilatçılığı ilə baş tutan mərasimdə Kanada parlamentinin deputatları, diplomatlar, senatorlar və dost və qardaş ölkələrin icmalarının təmsilçiləri iştirak ediblər.

Şəhərin mərkəzində təşkil olunan təntənəli mərasimdə üç rəngli, ay-ulduzlu bayrağımız Kanadada fəaliyyət göstərən Azərbaycan dili məktəbinin şagirdlərinin ifasında səslənən Azərbaycanın dövlət himninin sədaları altında havaya qaldırılıb.

Mərasimdə çıxış edən Kanada Azərbaycanlılar Şəbəkəsinin İdarə Heyətinin sədri Anar Cahangirli 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında qonaqlara geniş məlumat verib. A. Cahangirli deyib ki, tarixin ən çətin illərində, 105 il bundan öncə Azərbaycan demokratik islahatları ilə müsəlman Şərqinin mayakı rolunu oynamağı bacarıb.

Tədbirdə çıxış edən Kanada Azərbaycanlılar Şəbəkəsinin İcraçı direktoru Nigar Cəbiyeva bu tarixi günü bütün azərbaycanlıların fəxr və qürur hissi ilə qeyd etdiyini deyib. O, qonaqlara Kanadadakı Azərbaycan icmasının fəaliyyəti barəsində geniş məlumat verib.

Mərasimdə Kanadanın hakim Liberal partiyasını təmsil edən və xarici işlər nazirinin parlamentdəki nümayəndəsi Rob Olifant çıxış edib. R. Olifant tarixi gün münasibəti ilə bütün azərbaycanlıları təbrik edib. O, Kanadanın Baş naziri Pyer Ceyms Trüdo və xarici işlər naziri Melani Colinin Azərbaycan icmasına salamlarını çatdırıb. Diplomat bildirib ki, Toronto şəhərinə yaşayan azərbaycanlılar şəhərin sosial-ictimai, siyasi və mədəni həyatında aktiv iştirak edirlər. R. Olifant deyib ki, Kanada hökuməti Azərbaycanla daimi yaxın əlaqələr içində olub.

Tədbirdə Torontonun şəhər meri vəzifəsinə uğurlu namizədi Entoni Füri (Anthony Furey) çıxış edib. O, bildirib ki, Azərbaycan icmasının tarixi gününə şahidlik etməkdən qürur hissi keçirir.

Tədbirdə Ontario parlamentinin keçmiş üzvü, deputat Reza Moridi, Türkiyənin Kanadadakı baş konsulunun müavini və Kanada Türk Federasiyasının rəsmiləri çıxış ediblər. Çıxışlarda çağdaş Azərbaycanın uğurlarından və coğrafiyadakı mühüm rolundan bəhs edilib.

Sonda Torontoda fəaliyyət göstərən Təbriz Ansamblının ifasında nümayiş olunan Azərbaycanın milli rəqsləri böyük maraqla qarşılanıb.

Paylaş

Xəbər lenti

Azərbaycanda vergi borclarına görə hesablanan faizlərin iki dəfə azaldılması təklif edilir Bu gün, 11:48 Şəhid ailələri ilə bağlı yeni güzəşt gündəmdə Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 107 dollara yaxınlaşır Bu gün, 10:48 İşləməyə ehtiyacı olmayan şəxslər qeydiyyata alınacaqlar Bu gün, 10:48 Azərbaycanda kimlərin maaşları artacaq? - Komitə üzvü danışdı Bu gün, 10:48 Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb Bu gün, 10:48 Bakıda Azərbaycan və İtaliya hərbi ekspertlərinin iştirakı ilə təlim keçirilib Bu gün, 10:48 "Omid" Mağazalar Şəbəkəsinin rəhbəri həbs edildi Bu gün, 10:48 Gürcüstanın №1 daşınmaz əmlak şirkət Archi bir gündə mənzil satışları üzrə yeni rekorda imza atıb! Bu gün, 10:48 DTX-nin Akademiyasında Zəfər gününə həsr olunan elmi-praktiki konfrans keçirilib Bu gün, 10:48 Mingəçevirdə yük avtomobili bataqlıqda batıb, iki nəfər xilas edilib Bu gün, 10:48 Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü Bu gün, 10:48 Gəncədə evdən kişi meyiti tapılıb Bu gün, 09:48 Qızıl və gümüşün qiyməti UCUZLAŞDI Bu gün, 09:48 Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq Bu gün, 09:48 İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar Bu gün, 09:48 Azərbaycanlı ictimai və siyasi xadim Heydər Camalın doğum günüdür Bu gün, 09:48 Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb Bu gün, 09:48 Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq Bu gün, 09:48 Azərbaycanlı xanəndənin həyat yoldaşı bu səbəbdən həbs edildi Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında XI tura start verilir Bu gün, 09:48 Quba və Qusarın dağlıq ərazilərinə qar yağıb Bu gün, 08:48 Bakıda bu ünvanlarda işıq olmayacaq Bu gün, 08:48 UEFA Avropa Liqası: "Trabzonspor" öz meydanında, "Beşiktaş" isə səfərdə uduzdu Bu gün, 08:48 Türkiyənin sabiq naziri həbs edildi Bu gün, 08:48 Beynəlxalq axtarışda olan Elmir Nuriyev Almaniyadan Azərbaycana gətirilib Bu gün, 08:48 Denis Şmıqal: Azərbaycan şirkətlərinin Ukraynanın bərpasında iştiraka dəvət edirik Bu gün, 00:48 Nazir: Azərbaycandan Ukrayna vasitəsilə Avropaya gedəcək logistika yollarını hazırlamaq lazımdır Bu gün, 00:48 Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib Bu gün, 00:48 Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq Bu gün, 00:48 6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür Bu gün, 00:48 Rezai: Putin ABŞ-İran münaqişəsini bitirmək üçün hər şey edəcək Dünən, 23:48 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi Dünən, 23:48 Mingəçevirdə usta iş başında öldü Dünən, 23:48 Qobustanda zəhərlənən şəxslər AAYDA əməkdaşları imiş Dünən, 23:48 Sibel Canın sevgilisi ev dustaqlığına buraxıldı Dünən, 22:48 Şəhid bulağına gələn su qəsdən dayandırılıb? - İcra hakimiyyəti ittiham edildi Dünən, 22:48 Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi Dünən, 22:48 Melaniya Tramp Oleşkidəki atəşkəsin davamlı sülhə doğru addım olacağına ümid edir Dünən, 22:48 Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb Dünən, 22:48 Tanışlıq saytlarında YENİ DƏLƏDUZLUQ: İnsanları aldadıb şantaj edirlər Dünən, 22:48 10 rayonda torpaqlar satışa çıxarılır - Ən ucuz və bahalı sahələr açıqlandı Dünən, 21:48 Rəhbərlərə 3 600, müavinlərə 3 115 manat maaş veriləcək Dünən, 21:48 Türkiyədə DƏHŞƏT: Üç kənddə silahlı hücum, 9 nəfər öldürüldü Dünən, 21:48 Bu ünvanlarda köhnə evlər sökülür – 20 kv. artıq mənzil veriləcək Dünən, 21:48 İsrail və Almaniya 2027-ci il üçün enerji sahəsində əməkdaşlıq proqramı imzalayıb Dünən, 20:48 Günəşdə böyük dəlik aşkar edildi Dünən, 20:48 Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR