29-05-2023, 14:19 480

"Prezident İlham Əliyevin Müstəqillik Günündə Laçına səfəri və uğurla reallaşdırılan Böyük Qayıdışın növbəti mərhələsi çərçivəsində sakinlərə evlərinin açarlarını təhvil verməsi həm zaman, həm də məzmun baxımından ciddi tarixi əhəmiyyət daşıyır. İlk növbədə ona görə ki, Vətən müharibəsinə qədərki 30 illik periodda aparılan danışıqlar boyu Laçın Azərbaycan üçün ən prinsipial məsələ olub".

Bu fikirləri "AVESTA.AZ"a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O xatırladıb ki, düşmən və havadarları bu və ya digər formada işğalda olmuş digər rayonları qaytarmağa "razılıq" versələr də, Laçını heç vaxt "güzəştə" getməyəcəklərini bəyan edirdilər: "İlham Əliyev Vətən müharibəsindəki hərbi-siyasi qələbə ilə yaratdığı reallıqla nəinki düşmənin iradəsini qırdı, üstəlik, Ermənistanı vadar etdi ki, Laçını bir güllə atmadan tərk etsin. Eyni zamanda postmüharibə dövründə ermənilər ən çox təxribat və manipulyasiyaları məhz Laçın istiqamətində törədirdilər. Lakin İlham Əliyevin qətiyyətli mövqeyi ilə sərhəd-buraxılış məntəqələrinin qurulması həm Ermənistan və onun havadarlarını, həm də separatçıları tamamilə dalana dirədi. Belə bir yeni geosiyasi situasiyada İlham Əliyevin Laçına ilk qayıdışı reallaşdırması və Laçın şəhərindən verdiyi bəyanatlar Azərbaycan liderinin qətiyyətinin göstəricisi olmaqla bərabər, əslində, bütövlükdə bölgə üçün yeni yol xəritəsi hesab edilməlidir".

Deputat bildirib ki, ilk növbədə Azərbaycan Prezidenti Laçına Böyük Qayıdışa start verməklə bu torpaqlara dönüşün əbədi və əzəli xarakter daşıdığını, açılışını və təməlqoymanı həyata keçirdiyi infrastruktur layihələri ilə isə 30 il bu torpaqları xarabazara çevirmiş işğalçıdan fərqli olaraq, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurun sahibi olduğunu əməli olaraq nümayiş etdirib: "Üstəlik, bu reallıq heç bir beynəlxalq subyektdə sual doğurmur və hətta qeyri-adekvat yanaşmalar belə Azərbaycanın iradəsi qarşısında əhəmiyyətini itirir. Laçın səfəri bölgədə sülh və təhlükəsizlik perspektivləri ilə bağlı da mühüm mərhələ hesab olunmalıdır. İlham Əliyevin dediyi kimi, "3-4 il bundan əvvəl “Qarabağ Ermənistandır” deyən Ermənistan rəhbərliyi artıq “Qarabağ Azərbaycandır!” sözlərini təkrar edir". Yəni Azərbaycan Prezidentinin ifadə etdiyi kimi, "Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb və əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, sülh müqaviləsi imzalana bilər".

B.Məhərrəmov vurğulayıb ki, Prezident İlham Əliyevin Laçında ifadə etdiyi ən vacib məqamlardan biri məhz əks ssenari üzrə Bakının mövqeyinin bəyan edilməsi oldu: "Sülh müqaviləsi imzalanmasa da, hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq". Əlbəttə, bu, Bakının istər Ermənistan, istərsə də onun havadarları üzərində aşkar mənəvi-psixoloji və hərbi-siyasi üstünlüyünün göstəricisidir. Bu mənada Laçından səslənən tarixi bəyanat İlham Əliyevin Şərqi Zəngəzurdakı siyasi triumfu hesab edilə bilər. Dəyişən reallıqlar göz önündədir, lakin Azərbaycanın şərtlərində prinsipial olaraq dəyişən məqam yoxdur və dövlət başçısının dediyi kimi, "biz öz planlarımızın son addımlığındayıq". Maraqlıdır ki, artıq beynəlxalq cameə də Bakının iradəsi ilə hesablaşır. Hətta İrəvanın havadarları belə artıq hansısa "status", yaxud "muxtariyyət" barədə nəinki danışmağa cəsarət etmirlər, əksinə bu gün qarşımızda qoyulan sualların məzmunu dəyişib - "bəs orada dırnaqarası rəhbərliyin aqibəti necə olacaq?" Bu artıq bölgənin güc sahibinin və regionun gələcəyi ilə bağlı qərar verən iradə sahibinin kim olduğunu göstərir. Əlbəttə, Azərbaycan Prezidentinin separatçılarla bağlı mövqeyi aydındır, "bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər".

Milli Məclisin deputatı söyləyib ki, Laçın səfərində diqqət çəkən digər vacib nüans Prezident İlham Əliyevin özünün şəxsi keyfiyyətləri ilə bağlı məqamdır: "Yaranan reallıq, müharibədə və sonrakı periodda Ermənistan və havadarlarınındalana dirənməsi İlham Əliyevin, sözün əsl mənasında, qlobal miqyaslı lider olduğunu göstərir. Digər tərəfdən, böyük sürətlə davam edən quruculuq-bərpa prosesi, qısa müddətdə Laçının timsalında Böyük Qayıdışın artıq üçüncü yaşayış məntəqəsini əhatələməsi Prezident İlham Əliyevin vədinə sadiq praqmatik siyasətçi obrazını daha da möhkəmləndirdi. Xüsusən dövlət başçısının 11 il öncə laçınlılara verdiyi və bu gün ləyaqətlə reallaşdırmaqda olduğu vədini xatırlatması bu illər ərzində onun fəaliyyətinin təməlində milli maraqlar və əsl lider kimi xalqın maraqlarının dayandığını nümayiş etdirdi. Müstəqillik Gününü laçınlılarla Laçında qeyd edən İlham Əliyevin eyni zamanda 30 il ərzində onların həm fiziki, həm mənəvi, ağır şəraitdə, yataqxanalarda, vaqonlarda, çadır şəhərciklərində həyat şəraiti ilə bağlı məqamlara toxunması öz xalqının hər bir problemini dərindən bilən, bölgəyə olduğu qədər, xalqın vəziyyəti ilə bağlı real duruma da hakim olan bir lider olduğunu təsdiqlədi".

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR