30-05-2023, 23:57 511

Azərbaycan səfiri Litva hökumətinə və Parlamentinə təşəkkür edib

“105 il bundan əvvəl, 1918-ci il 28 May tarixində Şərqdə ilk demokratik parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Bu respublika həm də dünyada qadınlara ilk səsvermə hüququ tanıyan ölkələrdəndir. Lakin 1920-ci ildə bolşevik istilası nəticəsində AXC süquta uğramışdır”.

“AVESTA.AZ”un Vilnüs müxbirinin verdiyi məlumata görə, bu sözləri Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev 28 May Müstəqillik Günü ilə əlaqədar Vilnüsdə keçirilən tədbirdə deyib.

Səfir Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsindən də söz açıb:

“1991-ci ildə isə Sovet İttifaqının dağılması ilə Azərbaycan müstəqilliyini bərpa edib. Ancaq ondan əvvəl-1990-cı il 19-20 Yanvar tarixində Sovet İttifaqı qoşunları Bakıya qoşun yeritdilər, qadınlar və uşaqlar daxil olmaqla yüzlərlə sivil insan bu terrora məruz qaldı. Həmin qarışıq dövrdə qonşumuz Ermənistan sovet ordusunun dəstəyi ilə Azərbaycan ərazisinin 20 faizini işğal etdi.

Həmin dövrdə ermənilər həm azərbaycanlılara qarşı soyqırımı törətdilər, həm də Ermənistanın azərbaycanlılar yaşayan hissəsində və Azərbaycanın Qarabağ regionunda etnik təmizləmə həyata keçirdilər. Nəticədə Azərbaycan bir milyona yaxın qaçqını və məcburi köçkünü qısa bir vaxtda qalacaq yerlə təmin etmək məcburiyyətində qaldı.

Demək olar ki, 30 il ərzində Azərbaycan ərazi bütövlüyünün sülh yolu ilə bərpası üçün böyük diplomatik yolla danışıqlar apardır. Lakin beynəlxalq təşkilatların bu istiqamətdə lazımi addımları atmadığını gördükdə Azərbaycan məsələni özü həll etmək məcburiyyətində qaldı. 2020-ci ilin payızında isə Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad etdi. 44 günlük Vətən müharibəsi ilə ərazi bütövlüyümüz bərpa olundu. Savaş bitib və bu gün Azərbaycan hökuməti regionda dayanıqlı sülhü təmin edilməsi, eləcə də Ermənistan tərəfindən 30 il ərzində barbar şəkildə darmadağın edilən ərazilərin yenidən qurulması və bərpası üçün ciddi səy göstərir”.

Tamerlan Qarayev Azərbaycan - Litva münasibətlərindən də söz açıb:

“Litva hökumətinə və Parlamentinə dəstəklərinə görə minnətdarıq. Litva Avropa İttifaqındakı doqquz ölkədən biridir ki, Azərbaycanla strateji əməkdaşlığa malikdir. Biz bu əlaqələrin daha da inkişaf edəcəyinə inanırıq. Son illərdə əlaqələrimiz ciddi şəkildə gücləndirilib. Ötən il Litva prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfər etdi.

Həmçinin Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Azərbaycana iki dəfə səfər edib. Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri də Azərbaycanda rəsmi səfərdə olub. Eyni zamanda ötən il Azərbaycan Respublikası Milli Məclisin sədri Sahibə Qafarova Litvaya səfər edib. Bu il isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvada rəsmi səfərdə olublar. Bu səfərlər çərçivəsində Azərbaycan-Litva İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası və Vilnüsdə Biznes Forumu keçirilib. Hazırda isə Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nəsib Məhəməliyev və qrupun üzvü Rasim Musabəyov da xüsusi qonaq qismində aramızdadır. Bir daha bütün qonaqlara iştiraklarına görə təşəkkür edirəm”.

Paylaş

Xəbər lenti

Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Bu gün, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Bu gün, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Bu gün, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Bu gün, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Bu gün, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Bu gün, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR