
Göyçay rayonunda güclü külək və yağışla müşayiət olunan qasırğa yaşayış binalarının, fərdi yaşayış evlərinin dam örtüyünü uçurub, ağacları aşırıb, elektrik naqillərini qırıb.
"AVESTA.AZ"un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayon ərazisinə elektrik enerjisinin verilişi dayandırılıb.
Eyni zamanda güclü leysan şəhərin mərkəzi küçələrinə yağış sularının toplanmasına səbəb olub, avtomobillərin və piyadaların hərəkəti çətinləşib, bir neçə evin zirzəmisini və həyətyanı sahəni su basıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.