
Mühacirlərin Böyük Britaniyaya növbəti keçid cəhdi az qala faciə ilə nəticələnəcəkdi. Fransanın müşahidə və xilasetmə xidməti La-Manş boğazını keçmək istəyən 43 mühacir xilas edib.
Xilas olunan mühacirlər patrul qayığı ilə Fransanın Bulon-sür-Mer limanına gətirilərək xilasedicilərə və polisə təhvil verilib.
2021-ci ildə qayıqlarla La-Manşı keçməyə çalışanların sayı üç dəfə artıb, Böyük Britaniyaya çatmağa nail olanların sayı isə 28 min nəfəri ötüb.
Hakimiyyət orqanları mühacirlərə dənizdəki təhlükə barədə dəfələrlə xəbərdarlıq edib. Boğaz ticarət gəmiləri üçün ən sıx marşrutlardan biri sayılır, belə ki, bu marşrut üzrə hər gün 400-ə yaxın gəmi hərəkət edir. Eyni zamanda La-Manşda meteoroloji şərait də çox vaxt əlverişsiz olur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.