
Türkiyənin Diyarbəkir şəhərinin Çüngüş rayonunda 4,2 maqnitudalı zəlzələ olub.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Bildirilib ki, zəlzələnin episentri 7 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 02:25-də qeydə alınıb.
Qeyd edək ki, bu, Türkiyədə son bir həftədə qeydə alınan ən güclü yeraltı təkanlardır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.