
İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) və Dövlət Gömrük Komitəsinin (DGK) “Azərterminalkompleks” Birliyi ilk dəfə birlikdə gömrükdə müsadirə edilərək dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışı üzrə hərrac keçirib.
"AVESTA.AZ" bu barədə ƏMDX-ya istinadən xəbər verir.
Məlumata görə, müsadirə edilmiş, habelə şəxslərin dövlətin xeyrinə imtina etdiyi dövlət mülkiyyətinə keçirilmiş mallar və nəqliyyat vasitələrinə 95 lot üzrə 240 sifariş verilib, 75 lot üzrə 151 295 manat dəyərində mallar və nəqliyyat vasitələri satılıb. Onların siyahısı ilə buradan tanış olmaq mümkündür:
Növbəti bu cür hərrac iyunun 23-də keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.