
Bu ilin yanvar-may aylarında Türkiyənin İzmir şəhərindən Azərbaycana 44 milyon 769 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
“AVESTA.AZ” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 21,1 % çoxdur.
Təkcə mayda isə Azərbaycan İzmirdən 9 milyon 604 min ABŞ dolları dəyərində məhsul idxal edib. Bu isə illik müqayisədə 16 % çoxdur.
Elvin Camalov
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.