
İyunun 7-də BQXK nümayəndələri bu yaxınlarda saxlanılan iki Ermənistan vətəndaşına baş çəkmişlər.
Bu barədə komitənin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən "AVESTA.AZ"un sorğusuna cavab olaraq bildirilib.
Onlarla təkbətək görüş keçirilmiş və ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilmişdir.
Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.