
Dubayda keçirilən futvole üzrə Dünya Çempionatının seçmə mərhələsinin ulduzlarından biri, Danimarka ilə qızıl medalları qazan əslən braziliyalı olan Fabio Avesta.az saytına maraqlı açıqlamalar verib.
Kiko ilə komanda yoldaşı olan futvoleçi final görüşünün ağır keçdiyini, ancaq sonda toparlanıb qalib gəldiklərini deyib: “Çətin idi, xüsusəndə finalda. Lorenzo əla futvole oynayır, amma biz daha güclü idik. Kevinlərlə(BƏƏ-nin turnirdəki digər kollektivi) oyun da asan gəzinti deyildi. Hələ onların vurduqları şark zərbələrini demirəm. Düşünürəm ki, biz əzmkarlığın hesabına qalib gəldik”.
Fabio Bakıda baş tutacaq Dünya Çempionatında çıxış etmək istədiyini, bunun onlar üçün böyük təcrübə olacağını söyləyib:”Oyundan-oyuna, turnirdən-turnirə artırmalıyıq. Bilirəm ki, Bakıda “əjdahalar” olacaq(gülür(P.S braziliyalıları nəzərdə tutur). BƏƏ-də yaxşı çıxış etdik. Qapazaltı olmaq fikrimiz yoxdur. Çıxıb vuruşacağıq.”
Qeyd edək ki, futvole üzrə növbəti seçmə turnir 17-20 tarixlərində Gürcüstanın Batumi şəhərində keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.