8-06-2023, 21:36 605

Azərbaycanın Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq gündəliyi daha da genişlənəcək

Beynəlxalq Əmək Konfransının 111-ci sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sessiya çərçivəsində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Heinz Kollerlə görüşüb.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Görüşdə ötən dövrdə ölkəmizin BƏT-lə əməkdaşlıqda iki Layiqli Əmək üzrə Ölkə Proqramını uğurla icra etdiyi, növbəti Proqramın hazırlanması işlərinin yekunlaşmaqda olduğu bildirilib. BƏT-in 59 Konvensiyasına qoşulan Azərbaycan tərəfindən Təşkilatın daha iki Konvensiyasının ratifikasiya edilməsi imkanlarının qiymətləndirilməsi işləri aparıldığı qeyd edilib.

Azərbaycanda aparılan sosial islahatlar və DOST konsepsiyasından, əmək və məşğulluq sahələrində e-texnologiyaların geniş tətbiqindən, Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Sammitində “Çempion layihə” elan edilərək mükafatla təltif olunan “Əmək və Məşğulluq” altsistemindən bəhs olunub.

Ermənistanın 30 illik işğalından azad edilmiş ərazilərimizdə aparılan quruculuq işləri, İkinci Qarabağ müharibəsindən sonra 302 azərbaycanlının mina terroru nəticəsində həyatını itirdiyi və ya yaralandığı diqqətə çatdırılıb. Ermənistanın işğalı nəticəsində Azərbaycanın ərazisi dünyada minalarla ən çox çirkləndirilmiş dövlətlərdən biri olduğu vurğulanıb.

H.Koller Azərbaycanın BƏT-lə fəal əməkdaşlığından məmnunluğunu, ölkəmizdə aparılan sosial islahatlar prosesində gələcək əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə gələcək əməkdaşlıq məsələləri, habelə ölkəmizin işğaldan azad edilmiş ərazilərində məşğulluq tədbirləri və layiqli əməyin dəstəklənməsi, ölkədə yeni yaradılan Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyətinin təşkili və s. istiqamətlərdə gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

S.Babayev səfər çərçivəsində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru Daren Tanq ilə də görüşüb.

Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələrində müasir texnologiyaların, innovativ fəaliyyət və xidmət mexanizmlərinin tətbiqi əsasında aparılan islahatlar diqqətə çatdırılıb.

Nazirliyin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti, Mərkəzdə müxtəlif istiqamətlərdə təşkil olunan təlimlər, əlilliyi olan şəxslərin yaradıcı potensialına göstərilən dəstək işləri barədə məlumat verilib.

Həmin həssas qrupların öz əl işləri, yaradıcılıq potensialları əsasında gələcək bizneslərinin təşkili mexanizminin qurulması sahəsində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Təşkilatın Baş direktorunun müavini Hasan Klebin yaxın vaxtlarda Bakıya səfərinin və səfər çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə də tanış olmasının nəzərdə tutulduğu qeyd olunub.

Görüşdə həmçinin ölkəmizdə icra olunan özünüməşğulluq proqramı çərçivəsində kiçik mikro bizneslərin yaradıldığı, DOST modeli üzrə “bir pəncərə”dən göstərilən xidmətlərdən birini də mediasiya xidməti təşkil etdiyi, bu istiqamətlərdə də əməkdaşlıq üçün potensialın olduğu bildirilib.

Paylaş

Xəbər lenti

Məşhur ticarət mərkəzi BAĞLANIR? Bu gün, 09:48 Bu gün Bakının iki rayonunda qaz kəsiləcək Bu gün, 09:48 "Prezident Kuboku 2026": Bu gün Suqovuşanda ilk mükafatçılar müəyyənləşəcək Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Atletiko" Madriddə "Arsenal" ilə qarşılaşacaq Bu gün, 09:48 Ebru Gündeşin estetik əməliyyatının qiyməti hamını şoka saldı Bu gün, 09:48 17-22 may tarixlərində Bakı Metrosunun iş rejimi dəyişəcək Bu gün, 09:48 "PSJ" öz meydanında "Bavariya"nı məğlub edib Bu gün, 08:48 Bakıda evdə YANĞIN: Mənzilin sahibi həyatını itirdi Bu gün, 08:48 Gürcüstanda 10 yaşlı azərbaycanlını maşın vurub öldürdü Bu gün, 08:48 Tovuzda avtomobil divara çırpılıb, üç nəfər xəsarət alıb Bu gün, 08:48 Cərimə hesabına qəzaları azaltmaq mümkündür? Bu gün, 08:48 Qızıl mədənində çalışan işçilərin MAAŞ PROBLEMİ: Ödənişlər niyə yubadılır? Bu gün, 00:48 Metalların qiymətləri rekord bahalaşacaq - SƏBƏB Dünən, 23:48 Kombilərlə bağlı MƏHDUDİYYƏTİN SƏBƏBİ: Yeni qayda mənzil qiymətlərini artıracaq? Dünən, 23:48 Ürək döyüntülərinin artması, əllərin əsməsi və ... - Həkimdən XƏBƏRDARLIQ Dünən, 23:48 İsrail hərbçiləri Livanda xilasetmə briqadasına hücum edib Dünən, 23:48 Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib Dünən, 23:48 Azərbaycanda birinci sinfə qəbulla bağlı yenilik edilib Dünən, 23:48 Avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edilib Dünən, 22:48 KİV: İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib Dünən, 22:48 Kirayə mənzillərlə bağlı VACİB AÇIQLAMA - Qiymətlər... Dünən, 22:48 "Haber Global": "Bakı BMT-nin nüfuzlu tədbirinə ev sahibliyi edəcək" Dünən, 22:48 BƏƏ OPEC-dən çıxdıqdan sonra da tərəfdaşları ilə əməkdaşlığı gücləndirəcək Dünən, 22:48 İsrail HƏMAS komandirini öldürdü Dünən, 21:48 İran ordusunun generalı: ABŞ quru əməliyyatına cürət etməyib Dünən, 21:48 İran sülh sazişinin yenidən baxılmış variantını təqdim edə bilər Dünən, 21:48 Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər Dünən, 21:48 "Real Madrid" onunla müqaviləni uzatmaq istəyir Dünən, 21:48 Toyuq paketlərindəki gizli TƏHLÜKƏ Dünən, 21:48 Avropadakı diaspor təşkilatları Mamdaninin Azərbaycana əsassız ittihamı ilə bağlı bəyanat yayıb Dünən, 20:48 Leyla Əliyeva Qəbələdən ailəvi foto paylaşdı Dünən, 20:48 Öd kisəsi ilə bağlı yayılan 4 yanlış fikir – həkimlər xəbərdarlıq edir Dünən, 20:48 SEPAH Kürdüstan vilayətində antiterror əməliyyatı keçirib Dünən, 20:48 Azərbaycan gömrüyü mal və nəqliyyat vasitəsinin yoxlanılması aktını iki iş gününə təqdim edə bilər Dünən, 19:49 Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Dünən, 19:49 Tramp: "İran bizdən Hörmüz boğazını tezliklə açmağımızı istəyir" Dünən, 19:48 EBRD və Azərbaycanın Energetika Nazirliyi strateji "yol xəritəsi" üzrə əməkdaşlıq edir Dünən, 19:48 Qaxda canavarlar 5 baş qoyunu parçalayıb Dünən, 19:48 Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb Dünən, 19:48 Bakıda sərxoş dostlar arasında dava ölümlə nəticələndi - TƏFƏRRÜAT Dünən, 18:48 DİQQƏT! Mayın 1-də saat 10:00-dan 16:00-dək... Dünən, 18:48 Bakıda 1 yaşlı körpəyə ölümündən əvvəl qoturluq diaqnozu təyin olunubmuş Dünən, 18:48 Şəhiddən qalan SON FOTO: "Onunla hər yerə getdim, bircə şəhidlikdən başqa" Dünən, 18:48 Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək Dünən, 18:48 WUF13-ə hazırlıq məqsədilə nəqliyyatın monitorinqi çərçivəsində bir sıra küçələrdə tənzimləmələr tətbiq olunacaq Dünən, 18:48 "Azercell" tətbiqinə dostunu dəvət et, bonus qazan! Dünən, 18:48 Bank kartları necə oğurlanır? - Ən təhlükəli üsullar və riskli ölkələr Dünən, 18:48 Azərbaycanda malların gömrük dəyəri manatla bəyan ediləcək Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR