9-06-2023, 02:32 606

Türkiyənin Mərkəzi Bankının sədri ilk dəfə qadın olub

Hafize Gaye Erkan Türkiyənin Mərkəzi Bankının sədri təyin olunub.

“AVESTA.AZ” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, 1982-ci il təvəllüdlü Erkan 2001-ci ildə Boğaziçi Universitetindəki ixtisas bölümünü birinciliklə bitirib, daha sonra təhsilini ABŞ-nin Prinston Universitetində davam etdirib.

Prinstondan əməliyyat tədqiqatları və maliyyə mühəndisliyi üzrə doktorantura oxuyub. Erkan 2 il davam edən və 12 kursdan ibarət olan doktorantura proqramını bir ildə başa vurub və Prinston Universitetinin 276 illik tarixində proqramı bir ildə bitirən ilk tələbə olub. O, həmçinin ABŞ-də “ən gənc maliyyə professoru” adını qazanıb. Prinston Universiteti daha sonra doktorantura dərəcəsi üçün tələb olunan minimum təhsil müddətini bir ilə dəyişib. Daha sonra Harvard Biznes Məktəbində idarəetmə elmləri və Stenford Universitetində liderlik üzrə daha iki təlim proqramını bitirib.

Prinstonda təhsilini başa vurduqdan sonra aldığı təkliflə 2005-ci ildə “Goldman Sachs”da karyerasına başlayıb. O burada 9 ilə yaxın işləyib və Maliyyə İnstitutları Qrupunun Analitika və Strategiyalar Departamentinin rəhbəri vəzifəsində çalışıb. O, 2014-cü ildə “First Republic Bank”da baş investisiya direktoru vəzifəsində işə başlayıb. Erkan 2019-cu ildə idarə heyətinin sədri vəzifəsində Avqust-de Uayldı əvəzləyib. ABŞ-dəki ipoteka böhranından sonra Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) 2009-cu ildə “First Republic Bank”ın maliyyə nəzarətinə müdaxilə edib. Cari ilin mayın 1-də isə “First Republic Bank” FDIC tərəfindən nəzarətə alınıb və ilin üçüncü böyük iflası zamanı “JPMorgan”a satılıb. Erkanın bankdakı karyerası uğurlu qiymətləndirilib və onun bankın vəsaitlərinin 10 dəfəyə qədər artmasında rolu olub.

Erkan həmçinin iki il ABŞ-də yerləşən zərgərlik şirkəti “Tiffany & Co.”nun idarə heyətinin üzvü vəzifəsində çalışıb. O, Mərkəzi Bankdakı təyinata qədər qlobal maliyyə konsaltinq şirkəti “Marsh McLennan”ın idarə heyətinin üzvü olub. Qaye Erkan həm də Dünya qəzetinin iqtisadiyyat sahəsində köşə yazarıdır. Onun indiyədək daimi yaşadığı yer ABŞ-nin Nyu-York şəhəri olub. Evlidir, bir oğlu var.

Paylaş

Xəbər lenti

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir? Bu gün, 19:48 "ASAN xidmət"in ixrac coğrafiyasına yeni ölkələr daxil olur Bu gün, 19:48 Ermənistan TRIPP layihəsi çərçivəsində İrana qarşı addımlar atmayacağını açıqladı Bu gün, 19:48 "Haber Global" 8 Noyabr - Zəfər günü ilə əlaqədar videoçarx təqdim edib Bu gün, 19:48 Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər Bu gün, 19:48 58 yaşlı kişini maşın vurub öldürdü Bu gün, 18:48 Azərbaycanın U-21 millisinin heyəti açıqlandı - Nəriman Axundzadə milliyə çağırılmadı Bu gün, 18:48 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb Bu gün, 18:48 "Euronews": Bakıdakı AIREX sərgisi daşınmaz əmlakın inkişafına müxtəlif yanaşmaları təqdim edib Bu gün, 18:48 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq Bu gün, 18:48 XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir Bu gün, 18:48 Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 18:48 Sabaha güclü külək gözlənilir - XƏBƏRDARLIQ Bu gün, 17:48 Novxanıda maşın aşıb Bu gün, 17:48 "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib Bu gün, 17:48 "Şamaxinka"da beş və doqquzmərtəbəli binalar sökülə bilər Bu gün, 17:48 Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" Bu gün, 17:48 Azərbaycanda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı Bu gün, 16:48 Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb Bu gün, 16:48 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər Bu gün, 16:48 Ucarda "Sprinter" aşdı - Xəsarət alan var Bu gün, 16:48 "Zəfər kuboku" minifutbol turnirinin qalibləri müəyyənləşib Bu gün, 16:48 SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı Bu gün, 15:48 Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb Bu gün, 15:48 Günəşdə alışmaların sayı artıb - Alimlərdən XƏBƏRDARLIQ Bu gün, 15:48 Jurnalist Elnur Şükürov həbs edildi Bu gün, 15:48 FHN-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib Bu gün, 15:48 İtaliya klubu Torreyra üçün hərəkətə keçməyə hazırlaşır Bu gün, 14:48 Məşhur aktrisa 88 yaşında vəfat etdi Bu gün, 14:48 Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb Bu gün, 14:48 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub Bu gün, 14:48 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 14:48 Bakıda yağışdan sonra bəzi küçələr gölməçəyə dönüb Bu gün, 14:48 Ərdoğan: Cənubi Qafqaz artıq əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır Bu gün, 14:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub Bu gün, 14:48 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib Bu gün, 13:48 Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib Bu gün, 13:48 Üçrəngli Bayrağın Naxçıvanda dövlət rəmzi qəbul edilməsi Azərbaycanda milli azadlıq hərəkatına təkan verdi - Rəy Bu gün, 13:48 Bakıda yağış fəsadlar törədib - Bəzi yolları su basıb Bu gün, 13:48 Yol polisindən yağışlı hava ilə bağlı MÜRACİƏT Bu gün, 13:48 Bayram günlərində metro fərqli işləyəcək Bu gün, 13:48 Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SƏRƏNCAM Bu gün, 13:48 8 Noyabr - tarixə yazılan "Zəfər möhürü" - DİN-dən videoçarx Bu gün, 12:48 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib Bu gün, 12:48 Milli Qəhrəmanın səhhəti kəskin ağırlaşdı Bu gün, 12:48 Bakıda sərnişin avtobusu "Toyota" ilə toqquşub Bu gün, 12:48 İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub Bu gün, 12:48 Toral Bayramov öz qapısına qol vurub - VİDEO Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR