
Yaponiyanın Gifu prefekturasında gənc əsgər özünümüdafiə qüvvələrinin bazasında atəş açıb, yaralananlar var.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Son məlumatlara görə, azı üç nəfər yaralanıb.
Atəş açan hərbçinin saxlanıldığı, onun yaşının 20-dən az olduğu bildirilir.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.