16-06-2023, 00:15 446

Ermənistanın mina təxribatı BMT-də gündəmə gətirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev BMT-nin Nyu-Yorkdakı qərargah binasında qurumun Əlillərin Hüquqları üzrə Komitəsinin (CRPD) Əlillərin Hüquqları Konvensiyasına İştirakçı Dövlətlərin 16-cı konfransında (COSP16) çıxış edib.

"Report"un ABŞ bürosu xəbər verir ki, S.Qocayev çıxışında əlilliyi olan şəxslərin cəmiyyət həyatının bütün sahələrində iştirakının təmin etməsi üçün Azərbaycan hökumətinin bu sahədə qəbul etdiyi qanunlar və reallaşdırdığı layihələr barədə üzv dövlətlərin təmsilçilərini məlumatlandırıb.

Şöbə müdiri bildirib ki, Azərbaycan Respublikası 2008-ci ildə BMT-nin Əlillərin Hüquqları üzrə Komitəsinin (CRPD) müvafiq protokolunu imzalayan ilk ölkələr sırasında olub:

“Azərbaycan BMT-nin Əlillərin Hüquqları üzrə Komitəsinə bu sahədə öhdəliklərin yerinə yetirilməsi üçün görülən tədbirlər haqqında üç hesabat təqdim edib. Belə ki, ölkəmizdə 2018-ci ildə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" CRPD-yə uyğun olaraq hazırlanmış yeni qanun qəbul edilib. Qanuna əsasən, hökumət əlillərlə bağlı hüquqların geniş spektrini əhatə edən və əlilliyi olan şəxslərin sosial müdafiəyə cəlb olunmasını təşviq edən 17 yeni qanunvericilik aktını təsdiqləyib. Milli qanunvericilikdə əlilliyi olan şəxslərə münasibətdə təhqiredici və ya mənfi məna daşıyan bütün təkliflər neytral söz və ifadələrlə əvəz edilib”.

S.Qocayev çıxışı zamanı Azərbaycanda anadangəlmə əlilliyi olan şəxslərin internet saytından səmərəli istifadəsinə bərabər şərait və imkanların yaradılması məqsədilə qanunvericilikdə edilən dəyişikliklər barədə konfrans iştirakçılarını məlumatlandırıb. Bu sahədə Azərbaycanda əldə olunan uğurlu nəticələrdən danışan S.Qocayev bildirib ki, sosial sahədə genişmiqyaslı proqram nəticəsində ölkədə 140-dan çox sosial xidmət elektron formada təqdim edilməyə başlanıb:

"Dəyişikliklərə əsasən, dövlət qurumlarının internet saytlarının əlçatanlığını artırmaq üçün veb məzmununa əlçatanlıq təlimatlarının əsas prinsiplərinə əməl edilib. Bununla yanaşı, internet saytlarının əlçatanlığını təmin etmək üçün hər il dövlət monitorinqi aparılır. Bu məqsədlə xüsusi işçi qrupu yaradılıb və bu işçi qrupuna əlilliyi olan şəxslər, vətəndaş cəmiyyətinin nümayəndələri və ekspertlər daxil edilib".

S. Qocayev Azərbaycanda əlilliyi olan şəxslər haqqında vahid elektron məlumat bazasının yaradıldığını və bu sistemin hər il ölkə üzrə əlillik məlumatlarının uçotunun aparılmasını təmin edən əlil olan şəxslərin elektron reyestrinin qeydiyyatı barəsində də qonaqları ətraflı məlumatlandırıb.

Dövlət rəsmisi Ermənistanın nümayəndəsinin yalan və təxribat xarakterli ittihamlarına da cavab verib: “Laçın- Xankəndi yolunun qondarma blokadaya alınması ilə bağlı səslənən bəyanatlar açıq-aşkar yalan və təxribat xarakterlidir. Azərbaycan heç vaxt sakinlərin yoldan sərbəst hərəkətinə, eləcə də, ərzaq, dərman və digər humanitar məqsədlər üçün istifadəsinə və Beynəlxalq Qızıl Xaç Komitəsinin çıxışına əngəl yaratmayıb. Ermənistanın bu kimi yalanlarını ifşa edən çoxsaylı sənədləşdirilən sübutlar da təsdiqləyir”.

S. Qocayev münaqişənin sona çatmasına baxmayaraq, Ermənistanın Azərbaycan ərazisinə yerləşdirdiyi yüz minlərlə mina haqqında dəqiq və dolğun məlumatları bölüşməkdən imtina etdiyini və bu minaların mülki əhalini öldürməkdə və şikəst etməkdə davam etdiyini deyib:

“Son 30 ildə 3300-ə yaxın insan mina qurbanı olub. 2020-ci ilin noyabrından bəri münaqişədən sonrakı dövrdə mina terroru nəticəsində 300-dən çox Azərbaycanın mülkü vətəndaşı və hərbçisi həyatını itirib və ya əlil olub”.

Paylaş

Xəbər lenti

PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR