
Yevlax rayonun bir neçə küçə və prospektində binaların dam örtüyü uçub, avtomobillərə ziyan dəyib, elektrik enerji verilişində fasilələr yaranıb.
“Report”un Qərb bürosunun məlumatına görə, güclü külək səbəbindən Yevlax şəhəri Qanboy Quliyev küçəsi, 7 a ünvanında və Qarxunlu Əşrəfbəy küçəsi, 9 ünvanında yerləşən 5 mərtəbəli binaların dam örtükləri sıradan çıxıb.
Həmçinin yolun kənarında yerləşən avtoservisin dam örtüyü güclü küləyə tab gətirməyərək magistral yola düşüb.
Güclü külək bir neçə sakinin avtomobilinə də ziyan vurub. Təbiət hadisəsi zamanı şəhərdə ağaclar qırılaraq elektrik xətlərinin üzərinə aşıb, rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib.
Küləyin yaratdığı fəsadın aradan qaldırılması üçün hadisə baş verən ünvanlara Yevlax Rayon İcra hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının əməkdaşları cəlb edilib, dəymiş ziyan hesablanır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.