17-06-2023, 20:17 521

Ermənistanın Ordumuza qarşı təxribatlarının əsl niyyəti

Bir neçə gündür ki, Azərbaycan Ordusunun Ermənistanla sərhədboyu mövqeləri intensiv atəşə tutulur. Azərbaycan Müdafiə Nazirliyi təkcə bu gün üç dəfə rəsmi məlumat yayaraq Ermənistan silahlı qüvvələri tərəfindən ordumuzun Kəlbəcər, Laçın və Gədəbəy istiqamətlərində yerləşən mövqelərinin intensiv atəşə tutulduğunu bəyan edib. Əlbəttə, Azərbaycan əsgəri hər dəfəsində düşmənin layiqli cavabını verərək onu yerində oturmağa məcbur edir, hətta qarşı tərəf hər dəfəsində itkilər verərək geri çəkilir. Bəs, belə olduğu, yaxud belə olacağını bildikləri təqdirdə Ermənistanın hərbi-siyasi rəhbərliyi niyə özünü oda atır? Halbuki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan cari il mayın 19-da Moskvada Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramovla görüşündə eskalasiyanın qarşısının alınmasının və güc tətbiqindən çəkinməyin vacibliyini qeyd etmişdi...

Belə nəticə çıxır ki, Ermənistan masada sağ, əməldə sol göstərir. Başqa sözlə, siyasi müstəvidə özünü məsum göstərməyə çalışan Ermənistan realda öz çirkin niyyətindən əl çəkə və ya çəkdirilə bilmir. Çünki bu ölkə tarixən Rusiyanın forpostu olmaq azmış kimi, indi də İran və Fransanın əlində oyuncağa çevrilib. Bir-birinə zidd, biri-birinə yad, hətta biri-birinə nifrət bəsləyən bu dövlətlər nə “sirdirsə” özlərini bu məğlub dövlətin himayəçisi hesab edirlər.

Son günlərdə regionda baş verən siyasi proseslərin fonunda Azərbaycan Ordusunun mövqelərinin intensiv şəkildə atəşə tutulması onu göstərir ki, işin içində bu "himayəçi" üçlüyün (İran, Fransa, Rusiya) barmaqları yox, qolları var. Barmağın işə yaramadığını uzun illərdir sınaqdan çıxarıblar, odur ki, artıq qollar çırmalanıb. Ermənistan isə yenə də hərzamankı səhvlərini edir. Anlamır ki, bu gün özünü "himayəçi" kimi göstərən bu dövlətlər, əslində, öz siyasi və regional maraqlı uğrunda ondan maşa kimi istifadə edirlər. Ermənistanın sıravi insanı bütün bunları görür və anlayır, bu səbəbdəndir ki, ölkədaxili milli narazılıq özünün pik həddinə çatmaqdadır. Erməni əhali hələ 2-ci Qarabağ savaşındakı məğlubiyyətdən sonra bunu anlamışdı.

Di gəl, ölkənin daxilində, siyasi-hərbi qüvvələrin arasında olan ünsürlər buna mane olmaqda davam edirlər. Bu amildən yararlanan “himayəçi” üçlük isə əlbəttə ki, Ermənistanı istədiyi səmtə yönəldə bilir.

Bu arada, Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsini qurması da həm Ermənistan, həm də havadarları tərəfindən həzm edilmir. Bilirsiniz ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələr daşınırdı. Məhz bunların qarşısının alınması məqsədilə, eləcə də Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu. Bu məntəqə sayəsində artıq Laçın yolundan keçmək istəyən hər kəs, eləcə də nəqliyyat vasitələri yoxlanılır. Belə olduqda, əlbəttə ki, Qarabağda qalan silahlı tör-töküntülərlə bağlı niyyət puça çıxmış olur.

Ona görə Ermənistan və havadarları hər gün Azərbaycana qarşı qarayaxma kampaniyalarını davam etdirirlər. Guya Azərbaycan “Laçın” sərhəd nəzarət buraxılış məntəqəsi qurmaqla yolu bağlayıb, bölgədə humanitar problemlər meydana gəlib, Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətində çətinliklər yaranıb və s. Hətta bunu “etnik təmizləmə siyasətinin” tərkib hissəsi kimi qələmə verənlər də var. Əslində isə sözügedən keçid məntəqəsindən həm erməni sakinlər, həm Beynəlxalq Qızıl Xaç Komitəsi, həm də Rusiya sülhməramlı kontingenti şəffaf və nizamlı qaydada hər iki istiqamətdə keçid edə bilirlər.

Əminliklə demək olar ki, reallıqları saxtalaşdırmaq cəhdi Ermənistanda dövlət siyasətinin genetikasına hopub. Bəzi məqamlarda bu taktikanın işə yaraması isə zaman-zaman onları daha ciddi təxribatlar törətməyə sövq edir. Bu gün Azərbaycanın sülh təklifini geri çevirən Ermənistan anlamalıdır ki, onun taleyini nə Rusiya, nə İran, nə də ki, Fransa düşünür. Belə olmasaydı, Azərbaycan-Ermənistan normallaşma prosesində Moskva formatını Paris, Brüssel formatını Moskva, Vaşinqton formatını isə yenə Moskva və Tehranın əli ilə Ermənistan özü pozmazdı. Odur ki, bu gün sərhəddə Azərbaycan Ordusunun mövqelərinin durmadan atəşə tutulması fakoru həm də 26-27 iyunda Vaşinqtonda keçirilməsi nəzərdə tutulan sülh danışıqlarını yenidən pozmaq cəhdidir.

Paylaş

Xəbər lenti

Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR