
Slovakiyanın Koşitse şəhərində keçirilən minifutbol üzrə Avropa çempionatında tarixi uğura imza ataraq qitə birinciliyinin qalibi olan Azərbaycan yığma komandası Vətənə qayıdıb.
Avesta xəbər verir ki, tarixində ilk dəfə Avropa çempionu adını qazanaraq qızıl medalla ölkəmizə dönən yığmamız Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük coşqu ilə qarşılanıb.
Qeyd edək ki, Elşad Quliyevin baş məşqçi olduğu millimiz çempionatın finalında qitə birinciliyinin ən titullu komandasını - altıqat Avropa çempionu Rumıniyanı 1:0 hesabı ilə məğlub edərək qızıl medala sahib olub. Oyunda yeganə qolu qarşılaşmanın 25-ci dəqiqəsində Seymur Məmmədov vurub.





© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.