
Ukrayna hava hücumundan müdafiə qüvvələri iyunun 19-na keçən gecə Rusiyanın Odessaya hücumu üçün istifadə etdiyi dörd raketin hamısını məhv edib.
"Report" xəbər verir ki, bu barədə Odessa hərbi vilayət administrasiyasının rəhbəri Sergey Bratçuk bildirib.
Bundan əvvəl bildirilib ki, gecə saat iki radələrində rus hərbçiləri Qara dənizdən “Kalibr” raketləri ilə Odessaya hücum edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.