20-06-2023, 11:35 586

Azərbaycanda külli miqdarda vergini büdcədən yayındıran şəxs həbs olunub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti külli miqdarda vergini dövlət büdcəsindən yayındıran şəxsi həbs edib.

"AVESTA.AZ" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, Dövlət Vergi Xidməti vergi cinayətləri ilə mübarizənin effektivliyinin artırılması məqsədilə beynəlxalq təcrübədə istifadə olunan "çəkindirmə" metodlarından ("naming and shaming") istifadə edilməsinə və bu çərçivədə vergi cinayəti törətmiş şəxslərin işləri barədə məlumatların açıqlanmasına başlayıb. Vergi cinayətləri sahəsində rast gəlinən əsas hallardan biri müxtəlif çoxsaylı hüquqi şəxslərin yaradılması, faktiki fəaliyyət göstərərək gəlirlər əldə edilməsi, bununla belə vergi orqanlarına sahibkarlıq fəaliyyətindən əldə olunmuş gəlirlər və xərclər barədə bəyannamələrə bilərəkdən təhrif olunmuş məlumatların daxil edilməsi ilə bağlıdır.

Belə fəaliyyətlə məşğul olaraq xüsusilə külli miqdarda vergiləri dövlət büdcəsindən yayındıran şəxslərdən biri Alməmmədov Mehman Allahverdi oğludur. Gürcüstanın Marneuli rayonunda anadan olmuş, Azərbaycan vətəndaşı Mehman Alməmmədov vergi ödəyicisi kimi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmış “Caspi LTD” MMC, “OCEAN-2017” MMC, “Tersavuu” MMC, “Hentomm” MMC, “Uğur Servis-H” MMC, “Simus Trade" MMC, “Klassik Trade Group" MMC, “Artech” MMC, 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış “Firat Ticarət” MMC, “Malibu Finans” MMC; 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış “Volta-M” MMC, “Koressa” MMC, “Qrand Reklam” MMC, “Kvazi S” MMC; 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış “Grand Star” MMC və “Proqress-SV” MMC-lərin faktiki rəhbəri olub.

Adıçəkilən sahibkarın digər şəxslərlə birgə rəhbərlik etdiyi 16 müəssisə üzrə aparılan cinayət işinin istintaqı zamanı xüsusilə külli miqdar təşkil edən vergilərin – 1 milyon 597,7 min manat vəsaitin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı məlum olub. Bu səbəbdən, Mehman Alməmmədovun Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib, lakin istintaqdan yayındığı üçün axtarışa verilib və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə aparılan istintaq yekunlaşaraq, ittiham aktı Baş Prokurorluğa təqdim olunub, oradan isə ittiam aktı təsdiq edilərək baxılması üçün məhkəməyə göndərilib. Yasamal Rayon Məhkəməsinin 10.01.2022-ci il tarixli hökmü ilə M.Alməmmədov Mehman Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Həmçinin, Suraxanı Rayon Məhkəməsinin 06.12.2022-ci il tarixli hökmü ilə o, digər bir cinayət işi üzrə CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il sahibkarlıq sahəsində vəzifə tutma, 3 il azadlıqdan məhrumetmə cəzasına əvvəlki cəza əlavə olunaraq, ümumilikdə 2 il 6 ay müddətində sahibkarlıq sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə 6 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

"Sahibkarlıq fəaliyyətindən əldə olunmuş gəlirlər və xərclərin uçotunun aparılması, gəlirlərin vergi orqanlarına düzgün bəyan edilməsi, dövlət büdcəsinə vergilərin vaxtında və tam şəkildə ödənilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilir. Təqdim edilmiş bəyannamələrə bilərəkdən təhrif olunmuş məlumatların daxil edilməsi, vergilərin dövlət büdcəsindən yayındırılması, yayındırılmış vergilərin həcmindən asılı olaraq, inzibati və cinayət tərkibi yarada bilər. Vergi cinayətlərinə yol verən, xüsusilə də külli miqdarda vergiləri büdcədən yayındıran şəxslərin adlarının ictimaiyyətə açıqlanması davam etdiriləcək", - deyə məlumatda qeyd olunub.

Paylaş

Xəbər lenti

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir? Bu gün, 19:48 "ASAN xidmət"in ixrac coğrafiyasına yeni ölkələr daxil olur Bu gün, 19:48 Ermənistan TRIPP layihəsi çərçivəsində İrana qarşı addımlar atmayacağını açıqladı Bu gün, 19:48 "Haber Global" 8 Noyabr - Zəfər günü ilə əlaqədar videoçarx təqdim edib Bu gün, 19:48 Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər Bu gün, 19:48 58 yaşlı kişini maşın vurub öldürdü Bu gün, 18:48 Azərbaycanın U-21 millisinin heyəti açıqlandı - Nəriman Axundzadə milliyə çağırılmadı Bu gün, 18:48 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb Bu gün, 18:48 "Euronews": Bakıdakı AIREX sərgisi daşınmaz əmlakın inkişafına müxtəlif yanaşmaları təqdim edib Bu gün, 18:48 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq Bu gün, 18:48 XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir Bu gün, 18:48 Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 18:48 Sabaha güclü külək gözlənilir - XƏBƏRDARLIQ Bu gün, 17:48 Novxanıda maşın aşıb Bu gün, 17:48 "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib Bu gün, 17:48 "Şamaxinka"da beş və doqquzmərtəbəli binalar sökülə bilər Bu gün, 17:48 Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" Bu gün, 17:48 Azərbaycanda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı Bu gün, 16:48 Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb Bu gün, 16:48 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər Bu gün, 16:48 Ucarda "Sprinter" aşdı - Xəsarət alan var Bu gün, 16:48 "Zəfər kuboku" minifutbol turnirinin qalibləri müəyyənləşib Bu gün, 16:48 SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı Bu gün, 15:48 Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb Bu gün, 15:48 Günəşdə alışmaların sayı artıb - Alimlərdən XƏBƏRDARLIQ Bu gün, 15:48 Jurnalist Elnur Şükürov həbs edildi Bu gün, 15:48 FHN-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib Bu gün, 15:48 İtaliya klubu Torreyra üçün hərəkətə keçməyə hazırlaşır Bu gün, 14:48 Məşhur aktrisa 88 yaşında vəfat etdi Bu gün, 14:48 Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb Bu gün, 14:48 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub Bu gün, 14:48 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 14:48 Bakıda yağışdan sonra bəzi küçələr gölməçəyə dönüb Bu gün, 14:48 Ərdoğan: Cənubi Qafqaz artıq əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır Bu gün, 14:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub Bu gün, 14:48 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib Bu gün, 13:48 Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib Bu gün, 13:48 Üçrəngli Bayrağın Naxçıvanda dövlət rəmzi qəbul edilməsi Azərbaycanda milli azadlıq hərəkatına təkan verdi - Rəy Bu gün, 13:48 Bakıda yağış fəsadlar törədib - Bəzi yolları su basıb Bu gün, 13:48 Yol polisindən yağışlı hava ilə bağlı MÜRACİƏT Bu gün, 13:48 Bayram günlərində metro fərqli işləyəcək Bu gün, 13:48 Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SƏRƏNCAM Bu gün, 13:48 8 Noyabr - tarixə yazılan "Zəfər möhürü" - DİN-dən videoçarx Bu gün, 12:48 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib Bu gün, 12:48 Milli Qəhrəmanın səhhəti kəskin ağırlaşdı Bu gün, 12:48 Bakıda sərnişin avtobusu "Toyota" ilə toqquşub Bu gün, 12:48 İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub Bu gün, 12:48 Toral Bayramov öz qapısına qol vurub - VİDEO Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR