
Misir hökuməti 16 yaşdan kiçik uşaqların bazar və bayram günlərində valideynlərin müşayiəti olmadan piramidalara baş çəkməsini qadağan edib.
Avesta xəbər verir ki, bu barədə “Egypt İndependent” nəşri məlumat yayıb.
Hökumətdən bildirilib ki, 16 yaşdan kiçik uşaqların bazar və bayram günlərində valideynlərin müşayiəti olmadan piramidalara baş çəkməsi qadağan olunur. Qərar iyuldan qüvvəyə minir.
Misir mediasının məlumatına görə, tarixi məkanlarda azyaşlılara qarşı zorakılıq halları artdığı üçün hökumət belə bir qərar qəbul edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.