20-06-2023, 18:39 618

İcma sədri: “Qərbi Azərbaycana sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışın təmini əsas məqsədimizdir”

“Qərbi Azərbaycana sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışın təmin edilməsi təşkilatın əsas məqsədidir”.

“Report” xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli İcmanın Ümumdünya Qaçqınlar Gününə həsr edilmiş “Ümumdünya Qaçqınlar Günü və Azərbaycanda qaçqın məsələsi” adlı tədbirində çıxışı zamanı deyib.

Tədbirdə azərbaycanlıların Ermənistandan qovulması, oradakı Azərbaycan mədəni irsi, tarixi sənədlərdən ibarət foto sərgi keçirilmiş və sənədli film nümayiş etdirilib, Qərbi Azərbaycan İcmasının İdarə heyətinin sədri, millət vəkili Əziz Ələkbərli çıxış edib və 1988-ci ildə Ermənistandan qaçqın düşmüş Zivər Muradova qaçqınlıq məşəqqətlərini anladan xatirələrini bölüşüb.

İcma sədri qaçqın və məcburi köçkün probleminin həllində və beynəlxalq sülh, təhlükəsizlik və ədalətin bərqərar olunmasında əvəzsiz rol oynamış Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbirin çox əlamətdar hadisə olduğunu vurğulayıb.

Daha sonra o, 1989-cu ildə təsis edilmiş İcmanın tarixi, fəaliyyəti və məqsədləri barədə geniş məlumat verib.

Ə.Ələkbərli İcmanın Qayıdış Konsepsiyasında qeyd edildiyi kimi, Qərbi Azərbaycana sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışın təmin edilməsinin təşkilatın əsas məqsədi olduğunu bildirib.

Ə.Ələkbərli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu məsələdə daima nümayiş etdirdiyi prinsipial mövqeyin, ələlxüsus, 24 dekabr 2022-ci ildə İcmamızın inzibati binasını ziyarət etməsinin, orada proqram xarakterli çıxış etməsinin, Qərbi azərbaycanlıların hüquqlarının bərpa olunmasına və onların öz doğma torpaqlarına qayıtmasına möhkəm və birmənalı dəstək ifadə etməsinin İcmanı xüsusilə ruhlandırdığını bildirib.

Ə.Ələkbərli dünyada qaçqın və məcburi köçkünlərin sayında olan artımdan narahatlıq ifadə edib və bu məsələyə beynəlxalq diqqətin cəlb edilməsində Ümumdünya Qaçqınlar Gününün əhəmiyyətini qeyd edib.

Sədr Ümumdünya Qaçqınlar Günündə insan hüquqları və ədalət prinsiplərini rəhbər tutaraq, Qərbi Azərbaycanlıların təhlükəsiz və ləyaqətli qayıdış hüququnun həyata keçirilməsi, habelə qayıtdıqdan sonra hüquq və təhlükəsizliyinin təmin olunması istiqamətində haqq işinə dəstək verməsi məqsədilə İcmanın beynəlxalq ictimaiyyətə ünvanlanan çağırışlarını bir daha təkrarlayıb.

Daha sonra 1988-ci ildə Ermənistandan qaçqın düşərkən böyük çətinliklərə düçar olmuş Zivər Muradova öz ağrılı xatirələrini bölüşüb, Vətənə qayıdışı səbirsizliklə gözlədiyini bildirib.

Tədbirdə Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların qaçqınlıq həyatını, Qərbi Azərbaycanda dağıdılmış tarixi-mədəni abidələri, məzarlıqları əks etdirən fotosərgi nümayiş etdirilib, tarixi sənədlər və kitablar sərgilənib.

Sonda qaçqınlara həsr olunmuş “Üçüncü Missiya” adlı sənədli filmin təqdimatı baş tutub. Filmin direktoru Sənan Sultanov, ssenari müəllifi Vüsal Mətləbdir. 26 dəqiqəlik filmdə Qərbi Azərbaycandan azərbaycanlıların deportasiya olunmasından bəhs olunur. Filmdə tarixi video-xronika ilə yanaşı deportasiyaya məruz qalmış insanların şahid ifadələri yer alıb. Filmdə həmçinin Qərbi Azərbaycan İcması barədə ümumi məlumat, 24 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcmasının binası ilə tanışlığı və Qərbi Azərbaycandan olan ziyalıların bir qrupu ilə keçirdiyi görüşdən çəkilmiş videodan fraqmentlər də yer alıb.

Tədbirdə dövlət və hökumət nümayəndələri və Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri də iştirak ediblər.

Paylaş

Xəbər lenti

"Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR