26-01-2023, 15:54 840

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsas məqamları açıqlanıb

Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının 26 yanvar 2023-cü ildə keçirilmiş iclasında “Qayıdış Konsepsiyası”nın layihəsinə baxılmışdır. Sənəd layihəsi səsə qoyularaq təsdiq edilib.

"AVESTA.AZ" xəbər verir ki, daha sonra Konsepsiya İcmanın əsas orqanlarının genişləndirilmiş birgə iclasına təqdim edilib.

İdarə Heyətinin sədri bildirib ki, “Qayıdış Konsepsiyası” əsas məramı indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etmək olan “Qərbi Azərbaycan İcması”nın bu sahədə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən sənəddir.

Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.

Sənədin əsas məqamları aşağıdakılardır:

- İndiki Ermənistandan qovulmuş bütün azərbaycanlıların və onların törəmələrinin öz yurdlarına qayıtmaq hüququ var. Bu hüququn ləyaqətli və təhlükəsiz şəkildə reallaşmasına şərait yaradılmalı, insanlar ora qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqları təmin olunmalıdır;

- Qayıdış prosesi müvafiq zəmanətləri və verifikasiya mexanizmləri olan beynəlxalq hüquqi təminat çərçivəsində baş verməlidir;

- Qayıdacaq insanların təhlükəsizliyini təmin etmək üçün qayıdış olacaq ərazilərə müvafiq mandatla beynəlxalq sülh missiyası yeridilməlidir. Həmin missiya İcmanın etibar etdiyi ölkələrin qüvvələrindən ibarət olmalıdır;

- Qayıdış prosesində qovulmadan əvvəlki məskunlaşma coğrafiyası bərpa edilməlidir. Geri qayıdanları pərakəndə səpələmək insan hüquqlarına zidd cəhd kimi rədd ediləcək.

- Ermənistan qayıdacaq azərbaycanlıların fərdi və kollektiv hüquqlarının təminatı üzrə beynəlxalq nəzarət və monitorinq mexanizmi çərçivəsində İcma ilə konstruktiv dialoqa başlamalıdır;

- Qayıdacaq azərbaycanlıların Azərbaycan ilə xüsusi bağları nəzərə alınaraq, onların Azərbaycan Respublikası ilə maneəsiz əlaqəsinə şərait yaradılmalıdır;

- Ermənistan hökuməti qayıdacaq azərbaycanlıların mülkiyyət hüquqlarını bərpa etməli, onların evlərini, icma torpaqlarını qaytarmalıdır;

- Qərbi azərbaycanlılar erməni xalqı ilə barışığa, dinc və yanaşı yaşamağa hazırdır. Ermənistan hökuməti barışığı təşviq etmək üçün səylər göstərməli, dağıdılmış Azərbaycan mədəni irsini bərpa etməli, qorumalı, həyata keçirdiyi yer adları dəyişikliklərini ləğv etməli və azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinə son verməlidir;

- İcma Qərbi azərbaycanlıların legitim nümayəndəsi və maraqlı tərəf kimi qayıdış prosesi və sonrakı dövrdə bütün müvafiq proseslərdə iştirak etməlidir.

Qayıdış Konsepsiyasının tam mətni bu mətbuat buraxılışının əlavəsi kimi ictimaiyyətə açıqlanır.

Paylaş

Xəbər lenti

Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı qərar verəcəyini açıqlayıb Bu gün, 15:48 Hindistanda yük maşını izdihamın üzərinə çırpılıb: 15 nəfər ölüb Bu gün, 15:48 Azərbaycanın nəqliyyat infrastrukturunda yeni dövrün başlanğıcı: Ödənişli yollar effektlidirmi? Bu gün, 15:48 "Qalatasaray"ın futbolçusu Rafael Leaunun zədəsinin səbəbi bəlli olub Bu gün, 14:48 Rusiya ərazisində 1015 pilotsuz uçuş aparatı məhv edilib Bu gün, 14:48 Fransada etirazlar zamanı mağazalarını qorumağa çalışan qadının görüntüləri yayıldı Bu gün, 14:48 Estoniya Ukraynaya əlavə 10 milyon avro ayıracaq Bu gün, 14:48 İran ABŞ və İsrailə qarşı daha dağıdıcı əməliyyat planı hazırladığını açıqlayıb Bu gün, 13:48 Türkiyə millisinin müvəqqəti baş məşqçisi müəyyənləşdi Bu gün, 13:48 Almaniyada türkiyəli narkobaron silahlı şəxslərin köməyi ilə həbsdən qaçıb Bu gün, 13:48 Salyanda avtomobil aşıb, 3 nəfər xəsarət alıb Bu gün, 12:48 Qırğızıstanda TÜRKPA-nın 15-ci plenar iclası keçiriləcək Bu gün, 12:48 Litvada dron təhlükəsi ilə bağlı qırmızı hava həyəcanı elan edilib Bu gün, 12:48 Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb: İki nəfər ölüb Bu gün, 12:48 Pezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil Bu gün, 12:48 Türkiyə Azərbaycana Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik ünvanlayıb Bu gün, 12:48 Şouları ilə dünyaya səs salan azərbaycanlı qardaşlar: "Biz hələ də məşq edirik" Bu gün, 12:48 Holann Premyer Liqa tarixində yeni rekorda imza atıb Bu gün, 12:48 Zelenskidən sonra Ukrayna prezidentinin səlahiyyətlərini yalnız parlament sədri icra edə bilər Bu gün, 12:48 Gəncədə qəza: Ana və iki azyaşlı övladı xəsarət aldı Bu gün, 12:48 "Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu Bu gün, 12:48 Papa XIV Leo ağciyərindəki şişlə bağlı əməliyyatdan sonra xəstəxanadan evə buraxılıb Bu gün, 10:48 BƏƏ-yə məxsus yedək gəmisinə mərmi atılıb, yaralı var Bu gün, 10:48 Polşada hava məkanının pozulması ehtimalı araşdırılır Bu gün, 10:48 Antalyadan Moskvaya uçan təyyarə Sankt-Peterburqa yönləndirilib Bu gün, 10:48 Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb Bu gün, 10:48 Kanadada hərbi bazada partlayış: Ölən və yaralananlar var Bu gün, 10:48 İnter Mayami səfərdə Atlanta Yunayted üzərində qələbə qazanıb Bu gün, 10:48 Kürdəmirdə qatar yoluna çıxan kişi öldü - ADY-dən açıqlama Bu gün, 10:48 "Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb Bu gün, 09:48 Mehriban Əliyevadan Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım Bu gün, 09:48 Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq Bu gün, 09:48 Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın söndürülüb Bu gün, 09:48 Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür Bu gün, 09:48 U-23 dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi medal qazanıb Bu gün, 09:48 Tramp: İranla müharibə bitəndən sonra benzinin qiyməti düşəcək Bu gün, 09:48 Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib Bu gün, 00:48 Şəhid zabitin həyat yoldaşı: "Dedim ki, səndən başqa heç kimim yoxdur" Bu gün, 00:48 Fransada etiraz aksiyaları zamanı qarşıdurmalar baş verib Bu gün, 00:48 Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür Bu gün, 00:48 Sudan ordusu Çevik Hərəkət Qüvvələrinin onlarla döyüşçüsünün öldürüldüyünü açıqlayıb Dünən, 23:48 Xəstəni 40 dəqiqə döydüyü iddia edilən sanitar danışdı: "Böhtan ataraq məni işdən çıxarıblar" Dünən, 23:48 Qurban Qurbanov: "Yeni futbolçuların uyğunlaşması üçün vaxt lazımdır" Dünən, 23:48 Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon tona yaxın yük daşınıb Dünən, 23:48 Azərbaycanda quş əti və yumurta istehsalı kəskin artıb Dünən, 22:48 İranın XİN başçısı: Hörmüz boğazının açılması ilə bağlı qərar ABŞ-dən asılıdır Dünən, 22:48 Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb Dünən, 22:48 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR