21-06-2023, 09:56 515

Doğmalarına qovuşan şəhər – Laçından REPORTAJ

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı başlayıb. 31 illik həsrətdən sonra laçınlı ailələrin ilk qrupu mayın 28-də doğma yurdlarına dönüb. Birinci mərhələdə şəhərə 20, növbəti mərhələlərdə isə 22 və 13 ailə köçürülüb. Hazır olan digər evlərə də ailələrin köçürülməsi davam edəcək.

“Report”un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, ata-baba ocağına qayıdan laçınlıların gözündə üzərlərindən məcburi köçün adının götürülməsinin sevinc və məğrurluğunu aydın görmək olurdu. Şəhərə daxil olarkən onların ilk dayanacağı Həkəri çayı oldu. Elə ilk dayanacaqda laçınlıların təəssüratlarını öyrəndik.

“Laçını belə möhtəşəm görəcəyimi təsəvvür etmirdim”

Laçın sakini İradə Hüseynova qısa müddətdə belə şəraitin qurulmasını möcüzə adlandırdı: “Laçında tikinti, yenidənqurma işlərinin görüldüyünü bilirdim. Ancaq bunu belə tezliklə yalnız Azərbaycan Prezidenti, dövlətimiz edə bilərdi. Bütün laçınlılar bu günü səbirsizliklə gözləyirdi. Başda dövlətimizin başçısı İlham Əliyev olmaqla, bu işləri görən hər kəsə minnətdarlığımızı bildiririk. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bu günlərə görə, Ali Baş Komandanımıza, şəhidlərə borcluyuq".

“Laçınlı övladların təhsilində rol oynamaq istəyirəm”

Digər həmsöhbətimiz Tutu Məmmədova isə laçınlı övladlara dərs demək üçün tələsdiyini söylədi: “31 ildir Bakıda riyaziyyat müəllimi kimi çalışıram. İndi isə laçınlı övladların təhsilində rol oynamaq istəyirəm.

Çox sevinirəm ki, öz vətənimə qayıtdım, üzərimizdən məcburi köçkün adı götürüldü. Torpaqlarımızı işğaldan azad etdiyi, bizi yenidən torpaqlarımıza qaytardığı üçün Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ruhları qarşısında baş əyir, qazilərimizə şəfa diləyirəm”.

Küçələrindən gülüş, havasından ətir gələn şəhər

Hava artıq qaralmağa başlamışdı. Laçına köç edən ailələr evlərinin açarlarını təhvil alıb, yeni mənzillərinə yollandılar. Gecəsi bir başqa aləm olan Laçında evlərdən və küçələrdəki dirəklərdən yayılan işıqlar bu şəhəri nağıllardakı kimi gözəl edirdi.

Səhəri Laçında açdıq. Şəhərin küçələrində gəzərkən evlərdən, həyətlərdən uzun həsrətdən sonra doğma yurdlarına qovuşmuş insanların mehriban söhbətlərini, gülüş səslərini eşidir, 31 ildən sonra doğmalarına qucaq açan Laçının havasından samovar çayının ətrini, ləziz yemək qoxusunu alırdıq. Artıq bu gözəl şəhərdəki evlərdə yenidən qazanlar asılır, samovarlar qaynayır.

“31 il əvvəl yatdığım yuxudan oyandım”

Çay ətri gələn evlərdən birinin həyətinə daxil olduq. Bizi burada gülərüzlə qarşılayan Həsənovlar ailəsinin qonağı olduq. Keçmiş məcburi köçkün Ramiz Həsənov Laçında keçirdiyi ilk günün təəssüratlarını bizimlə bölüşdü: “Uzun illərdən sonra Laçına qayıtmışıq. Bizi bu torpaqlardan zorla ayırmışdılar. Torpaqlarımız işğal olunmuşdu. Allaha şükürlər olsun ki, bu günləri də gördük, doğma yurdumuza qayıtdıq. İndi böyük hisslər, duyğular yaşayırıq. Buna görə Prezidentimizə öz adımdan, laçınlılar, bura qayıdan sakinlər adından minnətdarlığımızı bildiririk. Şəhidlərimizin qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyir, qazilərimizə isə şəfa arzulayırıq”.

31 il əvvəl Laçından apardığı samovarı Laçına qaytaran Ramiz Həsənov həmin samovarın da yenidən bu torpaqlarda qaynadığını qürurla söyləyir.

Həyat yoldaşı Şəfiqə Verdiyeva da Laçından apardığı əşyaları özü ilə doğma yurda qaytarıb: “1960-cı illərdə Laçında anama verilən toy cehizlərini indi burada istifadə edirəm. Həmin qablarda yemək bişirir, yeyirik. İndi yediyimiz yeməyin qoxusundan da sanki Laçın ətri gəlir”.

Laçınsız günlərin sona çatacağına hər zaman inandığını deyən Şəfiqə Verdiyeva bildirdi ki, özünü 31 il əvvəl yatdığı yuxudan yenidən oyanmış kimi hiss edir: “Bura mənim ata evimdir. Mən burada yaşamışam, böyümüşəm, uşaqlıq illərim bu evdə keçib. İndi qapımız yenə laçınlılar tərəfindən döyülür, köhnə qonşularımız gəlir, söhbətləşirik, keçmişi yad edirik. Ancaq uzun müddətdən sonra keçmişi yad edərkən üzümüzdə kədər yox, sevinc yaranır”.

Qeyd edək ki, baş plana əsasən Laçın şəhərində ümumilikdə 700 binanın bərpasına başlanıb. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda, 71 inzibati bina yenidən qurulur.

Paylaş

Xəbər lenti

Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Dünən, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Dünən, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Dünən, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR