23-06-2023, 16:55 591

Laçının laçın vaxtları hələ indi başlayır - REPORTAJ

Laçın şəhərinin sürətli dirçəlişi, inkişafı hər zaman ürəyimizdə daşıdığımız ümidin əbəs olmadığının bariz nümunəsidir. Laçınlılar heç zaman inamlarını itirmədilər və bu gün isə inamlarının bəhrəsini görürlər.

“AVESTA.AZ”un Qarabağ bürosu xəbər verir ki, Laçında həyata keçirilən layihələri, aparılan quruculuq işlərini gördükdə bu şəhərin nəinki laçınlıların həyatında, eləcə də Azərbaycan iqtisadiyyatında mühüm yer tutacağını əminliklə söyləmək olar.

Laçına səfər zamanı ilk dayanacağımız olan Həkəri çayının ətrafında salınan çaykənarı bulvara nəzər saldıqda artıq şəhərdə görülən işlərin yüksək səviyyədə olduğunu sezmək mümkündür. Çay hövzəsində salınan bulvar, əsaslı təmir edilən iki körpüdə görülən memarlıq işləri diqqətimizi çəkir.

Şəhərin küçələri ilə irəlilədikcə görünən texnikalar, həvəslə çalışan insanlar, ətrafa yayılan çəkic səsləri buranı böyük tikinti meydançasına bənzədir. Bu işlərin nəticəsidir ki, artıq laçınlı sakinlər mərhələli şəkildə şəhərə köçürülür. 31 ildən sonra yenidən qurulan, gözəlliyi ilə göz oxşayan Laçına 50-dən çox ailə köçürülüb. Hazırda da işlər davam etdirilir, tikintisi başa çatan evlər öz sakinlərini gözləyir.

“Bakı Abadlıq Xidməti” MMC-nin direktor müavini Nəsimi Əsədov ilə söhbət etdik, hazırda rayon mərkəzində görülən işlərlə bağlı məlumat aldıq.

O deyir ki, Laçında təmir işləri davam edir: “Bununla bərabər ailələrin köçürülməsi prosesi də həyata keçirilir. Ailələrin köçürülməsi bizi daha da ruhlandırır, işlərimizi daha həvəslə və keyfiyyətlə görməyə səbəb olur. Tikdiyimiz və bərpa etdiyimiz evlərdə Laçının doğma sakinlərinin rahat yaşadığını düşünəndə çox sevinirik”.

Şəhərdə aparılan kompleks tikinti işləri zamanı kommunikasiya sahələrinin də paralel olaraq inşası davam edir. Müsahibimiz qeyd etdi ki, artıq kommunikasiya xətlərinin çəkilməsi prosesində yekun işlər aparılır. Hazırda bu sahədə ümumi işin 90 %-dən çoxu yerinə yetirilib.

“Laçında kommunikasiya xətlərinin 90-95 %-i artıq başa çatıb. Bütün kommunikasiya sahələrində aparılan işlər müasir tələblərə tam cavab verir. Müasir avadanlıqlardan və yeni materiallardan istifadə etməklə görülən işlər sakinlərə göstərilən xidmətin daha keyfiyyətli olacağını deməyə əsas verir”, - deyə müsahibimiz əlavə edib.

Bəzi fərdi yaşayış evlərinin də yaxın vaxtlarda təhvil verilməsinin nəzərdə tutulduğunu bildirən idarə rəsmisi onu da qeyd edib ki, hazırda 600-ə yaxın ev təmir edilir, son tamamlama işləri aparılır.

Laçında evlərlə yanaşı inzibati binaların, obyektlərin tikintisinə şahid olduq. İşğal zamanı ermənilərin dağıdaraq məhv etdiyi təhsil müəssisələri də yenidən qurulur.

“Laçında təmir olunan əsas binalar içərisində məktəblər də var. Hazırda əsas iş 2 saylı məktəbdə aparılır. Əvvəllər 600 şagird yerlik olan məktəb indi 900 yerlikdir. Burada da təmir işləri artıq son tamamlanma mərhələsindədir. Tezliklə bərpa prosesini tam başa çatdırıb yeni tədris ilinədək tam hazır etməyi planlaşdırırıq. Vaxtı ilə məzunu olduğum məktəbin yenidən bərpasında əməyim olduğu üçün çox sevinirəm”, - deyə Nəsimi Əsədov diqqətə çatdırıb.

Laçın şəhəri azad edildikdən dərhal sonra təmir bərpa işlərinə başlanılan ən vacib obyektlərdən biri də xəstəxanadır.

Laçın şəhərində ilk istifadəyə verilən müəssisələrdən birinin xəstəxana olduğunu söyləyən “Bakı Abadlıq Xidməti” MMC-nin direktor müavini bildirib ki, şəhərdə ilk olaraq modul tipli xəstəxana inşa edilib: “Həmin xəstəxana ən son müasir tibbi avadanlıqlarla təmin olunub. Hazırda xəstəxananın tibbi personalı burada çalışan işçilərlə bərabər məskunlaşan sakinlərin də tibbi ehtiyaclarını qarşılayır. Eyni zamanda şəhərin əsas mərkəzi xəstəxanasının da tikinti işləri davam edir”.

31 illik işğal dövründə ermənilər qədim tikililəri də məhv etməyə çalışıblar. Şəhərin mərkəzində olan bu cür tarixi yerlər bərpa işləri zamanı əvvəlki görkəmi saxlanılmaqla restavrasiya olunur.

“Şəhərin əsas mərkəzi küçələrindən biri “Azərbaycan” küçəsidir. Layihəyə uyğun olaraq həmin küçədə bərpa prosesi xüsusi həssaslıqla aparılır. Küçənin açıq hava muzeyi kimi saxlanılması nəzərdə tutulur. Buranın təkcə rayon sakinlərinin deyil, həmçinin turistlərin də cəlb ediləcəyi bir məkana çevrilməsi nəzərdə tutulub. Avtomobillərin girişinin tam məhdudlaşdırılacağı həmin küçədə, sakinlərin gəzintisi üçün park, həmçinin amfiteatr, konsert zalı kimi məkanların tikintisi planlaşdırılıb”, - deyə həmsöhbətimiz vurğulayıb.

Nəsimi Əsədov Laçın şəhərinin dağlıq relyefdə olmasına baxmayaraq, burada çoxmənzilli yaşayış binalarının da inşasının aparılacağını bildirib: “Prezident İlham Əliyevin mayın 28-də Laçına səfəri zamanı çoxmənzilli yaşayış binalarının təməli qoyuldu. Həmin binaların tikintisilə bağlı yaxın vaxtlarda inşaat işlərinə start verəcəyik. Təxminən 38 hündür mərtəbəli binanın tikilməsi nəzərdə tutulub”.

Paylaş

Xəbər lenti

Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48 Təhsildən praktikaya, icradan auditə Bu gün, 12:48 Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib Bu gün, 11:48 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib Bu gün, 11:48 "Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib Bu gün, 11:48 Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Bu gün, 11:48 Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Bu gün, 11:48 Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın Bu gün, 11:48 "Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər Bu gün, 11:48 Özbəkistan parlamentinin sədri Azərbaycana gəlib, "Yol xəritəsi" imzalanacaq Bu gün, 11:48 Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR