
Azərbaycan taekvondoçusu Fəridə Əzizova Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə başlayıb.
"AVESTA.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Mitsopoulo Atanasiya (Yunanıstan) ilə üz-üzə gəlib.
Qarşılaşma Əzizovanın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Rəqibi finala yüksəlsə, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.
74 kq-dakı Eltac Qafarov isə Lukaş Çudnoç (Polşa) zədə səbəbindən qarşılaşmaya çıxmadığı üçün 1/4 finala vəsiqə qazanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.