
Hindistanın Odişa ştatında iki sərnişin avtobusunun toqquşması nəticəsində azı 12 nəfər ölüb, 7 nəfər yaralanıb.
“AVESTA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Qeyd edilib ki, qəzaya düşənlər toy mərasimindən qayıdırmış.
Məlumatda bildirilib ki, ölənlərin 7-si bir ailənin üzvləri, digərləri də onların qohumları olub.
Yaralılar xəstəxanaya yerləşdirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.