30-06-2023, 17:51 633

Laqeyd və təcrübəsiz - başı çal-çağırdan ayılmayan Makron siyasətdən getməlidir - ŞƏRH

Fransada bir neçə gündür etiraz aksiyaları səngimir. Belə ki, 17 yaşlı əlcəzairəsilli sürücünün polis tərəfindən öldürülməsindən sonra başlayan iğtişaşlarla əlaqədar Fransada fövqəladə vəziyyət elan edilə bilər. Hadisədən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanterdə və ölkənin bir sıra şəhərlərində polis zorakılığına qarşı etiraz aksiyaları keçirilib.

Yeniyetməni güllələməkdə təqsirli bilinən polis əməkdaşı saxlanılıb. Bu, 2023-cü ildə Fransada yol polisi tərəfindən öldürülən ikinci şəxsdir. Hadisənin irqi zəmində baş verdiyi istisna edilmir. Ötən il isə eyni hadisə səbəbindən 13 nəfər öldürülüb.

Ümumiyyətlə, analoji hadisələr göstərir ki, Fransa Prezidenti Emmanuel Makron naşı siyasətçidir. Ölkə idarə etmək isə, ümumiyyətlə, onluq deyil. Əks halda niyə vətəndaşlar hər fürsətdə Makrona yumurta, pomidor atsınlar?

Fransa liderinin təcrübəsiz siyasətçi olduğu artıq bütün dünyaya məlumdur. Ancaq son günlər baş verənlər göstərdi ki, o, vətəndaşlarına, onların üzləşdikləri problemlərə qarşı kifayət qədər laqeyddir. Hətta Fransa Prezidentində vicdan hissinin olmadığını desək, bəlkə də, yanılmarıq.

Məsələ ondadır ki, ölkədə aksiyaların davam etdiyi bir vaxtda o, həyat yoldaşı Bricit Makronla birlikdə Elton Conun Parisin məşhur "l’Accor Arena" konsert salonunda gözə dəyib. Bu barədə sosial şəbəkələrdə foto və videolar yayılıb. Ölkədə etiraz dalğasının gücləndiyi bir vaxtda dövlət başçısının konsertdə əylənməsi sosial şəbəkələrdə böyük əks-səda doğurub. Sosial şəbəkədə “Heç nə onun vecinə deyil”, “O, indi hadisələrin mərkəzində olmaq əvəzinə əylənir”, “Küçələrdə vandallıq, soyğunçuluq baş alıb gedir, Makron isə əylənir” fikirləri sürətlə yayılmaqdadır. Ənənəvi media da Emmanuel Makronun və Bricit Makronun Elton Conun konsertində iştirakına geniş yer ayırıb. Mövzu ilə bağlı əksər məqalələrin başlığında 17 yaşlı Naelin öldürülməsi və Makronun konsertdə iştirakı paralel göstərilir.

E.Makron bu hərəkəti ilə özünü ifşa etmiş oldu. Birincisi, bu onu göstərir ki, 17 yaşlı günahsız gəncin ölümü dövlət başçısını qətiyyən maraqlandırmır. Adətən normal ölkələrdə mərhumun ailəsinə başsağlığı verilir, müvafiq qurumların operativ tədbirlər görməsi barədə qərarlar qəbul edilir. Makron isə çal-çağırından qalmır.

İkincisi, baş verənlər təsdiqləyir ki, ölkəsinin taleyi, vətəndaşların təhlükəsizliyi onun üçün nəinki prioritet, heç 5-6-cı dərəcəli məsələ belə deyil. Öz ölkəsinin, vətəndaşlarının qayğısına qalmayan dövlət başçısından hansı siyasi liderliyi, ciddiliyi gözləmək olar?

Nəzərə almaq lazımdır ki, rəsmi Paris dünyada sülh və təhlükəsizliyin əsas təminatçısı olan BMT Təhlükəsizlik Şurasının 5 üzvündən biridir, Avropa İttifaqının fəaliyyətdə olan sədridir. Makron tez-tez proseslərə müdaxilə etməyə, bir növ “mən də burdayam” ritorikası ilə çıxış etməyə çalışır. Sual yaranır: öz ölkəsinin sabahı ilə maraqlanmayan, gələcək təhlükələrlə bağlı qabaqlayıcı addımlar atmaq əvəzinə konsertlərdə, bir az mübaliğə ilə desək, qanad çalıb oynayan dövlət başçısının dünyaya töhfə verə biləcəyini necə gözləmək olar?

“Üçdə alacağı yox, beşdə verəcəyi olmayan” misalının fransız dilinə necə tərcümə olunduğunu bilmirəm. Amma əminəm ki, E.Makron özünü məhz bu prinsipə uyğun aparır. Başqa sözlə desək, görünür, onun Araz aşığından, Kür topuğundandır.

BMT Fransadakı hadisələrə artıq reaksiya verib. Bildirilib ki, Fransanın hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkilik problemlərinə ciddi yanaşmağın vaxtı çatıb.

E.Makron baş verənlərdən dərs çıxarmalıdır. İstefa vermək, siyasətdən birdəfəlik getmək onun üçün daha yaxşıdır. Konsertlərə daha çox vaxt tapar, Fransa isə sözdə yox, həqiqətən, sivil ölkəyə çevrilər.

Paylaş

Xəbər lenti

Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR