
Biləsuvar rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"AVESTA.AZ"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, avtoqəza nəticəsində Biləsuvar rayon sakinləri, 1989-cu il təvəllüdlü R.Mehdiyeva, 1966-cı il təvəllüdlü İ.Məmmədov və Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü S.Əliyeva xəsarət alıblar.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, bu gün sözügedən ünvanda daha bir ağır qəza olub. Bir ailənin beş üzvü xəsarət alıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.