Bu gün, 21:48 91

Cənubi Qafqazda sülh və Avropanın

Niderland və Belçika parlamentlərinin nümayəndələr palataları yenə Azərbaycan əleyhinə qətnamələrlə gündəmə gəliblər. Özü də eyni gündə. Məsələn, aprelin 16-da Niderland parlamentinin nümayəndələr palatası deputat Don Sederin təklifi ilə Bakıda Azərbaycana və onun vətəndaşlarına qarşı cinayətlər törətməkdə təqsirli bilinərək həbs edilən erməni terrorçuları və qondarma erməni soyqırımının tanınması haqqında sənədlə hökumətə müraciət edib. Elə həmin gün Belçika parlamentinin nümayəndələr palatası deputat Mişel de Maqdanın oxşar məzmunlu sənədini qəbul edib. Sənəddə həmçinin Azərbaycanı könüllü tərk etmiş Qarabağ ermənilərinin geri qaytarılması tələb olunur.

Doğrudur, bəzi Qərb ölkələrinin bu cür qərəzli mövqe sərgiləməsi ilk dəfə deyil və Azərbaycanda heç kimi belə xəbərlərlə təəcübləndirmək olmaz. Lakin diqqət çəkən məqam odur ki, bu dəfə hər iki Avropa ölkəsinin parlamentində "erməni sevgisi" sinxron şəkildə baş qaldırıb. Təbii ki, bu, yazın gəlişi ilə də bağlı deyil.

Son dövrlərdə Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin sürətlənməsi, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması istiqamətində real danışıqların aparılması, həmçinin regionda uzunmüddətli sülh müqaviləsinin imzalanmasına dair siyasi iradənin formalaşması Cənubi Qafqazda yeni mərhələnin başlandığını göstərir.

Sülh gündəliyində əksini tapmayan tələblərin dövriyəyə buraxılması isə prosesə əngəl olmağa, regionda formalaşan həssas balansı pozmağa hesablanıb.

Bəzi Avropa ölkələrinin atdığı addımlar regionda sabitliyin möhkəmləndirilməsinə xidmət etmək əvəzinə, dolayısı ilə etimad mühitini zəiflədən və tərəflər arasında mövcud konsensusun pozulması riskini artıran faktor kimi çıxış edir.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, nəticə etibarilə, belə təşəbbüslər sülh prosesini beynəlxalq siyasi rəqabət müstəvisinə çəkmək cəhdi kimi dəyərləndirilir və bu da Cənubi Qafqazda davamlı sabitlik perspektivləri baxımından arzuolunmaz bir dinamika yaradır.

Azərbaycan əleyhinə birtərəfli və qərəzli qətnamələrin qəbul edilməsi artıq təkcə daxili siyasi debatın elementi deyil, daha geniş geosiyasi rəqabətin və informasiya mübarizəsinin tərkib hissəsidir. Xüsusilə Avropa dəyərlərini və balanslı yanaşmanı təmsil etməli olan iki ölkə parlamentində bu cür selektiv və mübahisəli sənədləri dəstəklənməsi, artıq təkcə hüquqi və ya humanitar deyil, açıq şəkildə siyasi motivlərin üstünlük təşkil etdiyini göstərir.

Eyni zamanda bəzi Avropa dövlətləri və siyasi institutları tərəfindən son illərdə humanitar mövzuların, xüsusilə "əsir məsələləri" və "insan hüquqları" gündəminin süni şəkildə qabardılması, uzun illər davam etmiş münaqişə dövründə sərgilənmiş ümumi siyasi passivlik və qeyri-bərabər yanaşma ilə açıq ziddiyyət təşkil edir. Belə ki, Azərbaycan torpaqlarının 30 illik işğalı mərhələsində yüz minlərlə azərbaycanlı məcburi köçkünün öz doğma yurdlarından didərgin düşməsi, separatçılar tərəfindən Azərbaycanın tarixi torpaqlarında şəhər və kəndlərin sistemli şəkildə dağıdılması, infrastrukturun məhv edilməsi, iqtisadi və sosial həyatın tamamilə iflic vəziyyətə salınması, eləcə də bölgəyə məxsus tarixi-mədəni irs nümunələrinin ciddi şəkildə zərərə məruz qalması kimi faktlar beynəlxalq siyasi gündəmdə davamlı və adekvat reaksiyalarla qarşılanmayıb. Buna görə də 30 il ağzına su alıb susan dövlətlərin birdən-birə müəyyən mövzularla ön plana çıxması obyektivlik və demokratiya prinsipindən uzaqdır və siyasi kontekstə əsaslanan yanaşmadır.

Niderland və Belçika parlamentlərində Azərbaycana qarşı qərəz ilk dəfə müşahidə edilmir. Belə təşəbbüslər dəfələrlə olub və artıq sistemli xarakter alıb. Bu tendensiya həmin ölkələrin siyasi dairələrində məsələlərə balanslı və hüquqa əsaslanan yanaşmadan daha çox selektiv mövqenin, bir çox hallarda isə ermənipərəst təsirin gücləndiyini göstərir.

Halbuki beynəlxalq hüquq çərçivəsində həm Niderland, həm də Belçika Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ölkəmizin suverenliyini şübhə altına almır. Bu baxımdan, əsas ziddiyyət ondan ibarətdir ki, rəsmi səviyyədə suverenlik və ərazi bütövlüyü tanındığı halda, Azərbaycan ərazisində baş verən proseslərə dair siyasi ritorikada fərqli və seçici yanaşmalar ortaya çıxır.

Beynəlxalq hüquq prinsiplərinə müraciət etsək, ölkə ərazisində baş verən hadisələr (söhbət terror, separatizm, qanunsuz silahlı fəaliyyət və.s.dən gedir) bu ölkənin qanunvericiliyi və məhkəmə sistemi çərçivəsində qiymətləndirilməlidir. Azərbaycan da hazırda bu hüququndan istifadə edir. Bu, hər bir suveren dövlətin beynəlxalq hüquqla tanınan təbii hüququdur və "daxili işlərə qarışmamaq" prinsipi də məhz bu balansı qorumaq üçün mövcuddur.

Azərbaycan məhkəməsi ölkəni müharibə girdabına sürükləmiş, minlərlə dinc insanın qətlinə əmr vermiş və bunu açıq şəkildə etiraf etmiş şəxsləri cəzalandırıb. Eyni hal ki, Niderland və Belçikada yaşansaydı, təbii ki, həmin cinayətləri törədən insanlar bu ölkələrdə "əsir" adlandırılardımı? Ona görə də hər iki ölkənin belə hallara münasibətdə fərqli standartların tətbiqi obyektiv hüquqi yanaşma ilə uyğun gəlmir.

İşin maraqlı tərəfi odur ki, hər iki ölkənin parlamenti insan hüquqları, insan aliliyindən danışdığı bir vaxtda, yaxın tarixləri utancverici məqamlarla doludur. Məsələn, Niderlandın keçmiş müstəmləkəçilik irsi və bu gün də Karib hövzəsində yerləşən Bonaire, Aruba, Curaçao, Sint Maarten, Sint Eustatius və Saba kimi ərazilərlə münasibətlərində idarəetmə modeli, sosial bərabərlik, siyasi təmsilçilik və mədəni kimliyin qorunması ilə bağlı müxtəlif suallar və tənqidlər bu gün də aktuallığını saxlayır. Bu tənqidlər əsasən həmin ərazilərin daxili qərarvermə proseslərində real iştirak səviyyəsi, iqtisadi asılılıq dərəcəsi və yerli mədəni identikliyin qorunması məsələləri ətrafında cəmlənir. Bu fonda isə insan hüquqları və beynəlxalq hüquq prinsipləri ilə bağlı qlobal səviyyədə sərt mövqe sərgiləyən dövlətlərin öz tarixi idarəçilik modellərinin və müasir inzibati münasibətlərinin də eyni obyektivlik və universallıq prinsipi ilə müzakirə olunması vacibdir.

Eynilə Belçikaın müstəmləkəçilik tarixi, xüsusilə Konqo və Mərkəzi Afrikadakı idarəçilik dövrü ilə bağlı beynəlxalq tarixşünaslıqda geniş tənqid olunan və ağır insan hüquqları pozuntuları ilə yadda qalan bir mərhələ kimi qiymətləndirilir. II Leopold dövründən başlayaraq Konqoda tətbiq edilən zorakı iqtisadi istismar, kütləvi zorakılıqlar və yerli əhalinin hüquqlarının sistemli şəkildə pozulması bu siyasətin ən ağır nəticələri kimi qeyd olunur. Tarixi mənbələrdə 1897-ci il Brüssel sərgisi çərçivəsində Tervüren bölgəsində Konqodan gətirilmiş insanların "eksponat" kimi nümayiş etdirilməsi kimi hadisələr həmin dövrün irqçi ideologiyasının simvolik təzahürü kimi göstərilir. Eyni zamanda, müstəmləkə dövründə və sonrakı illərdə minlərlə uşağın ailələrindən ayrılması və assimilyasiya məqsədilə köçürülməsi kimi iddialar da bu irsin mübahisəli və ağrılı tərəfləri kimi müzakirə olunur.

Belçika parlamenti tərəfindən Azərbaycan əleyhinə qəbul edilən bəzi qətnamələr obyektiv hüquqi qiymətləndirmədən çox, selektiv siyasi yanaşmanın məhsulu kimi görünür və bu, beynəlxalq hüququn universallığı prinsipi ilə ziddiyyət təşkil edir. Çünki həmin sənədlərdə Azərbaycan ərazisində baş verən proseslərə dair birtərəfli qiymətləndirmələr verildiyi halda, dövlətlərin suverenliyi və daxili işlərinə qarışmamaq prinsipi kifayət qədər nəzərə alınmır. Halbuki beynəlxalq hüququn əsas normalarına görə hər bir dövlətin öz ərazisində baş verən prosesləri tənzimləmək hüququ var və bu çərçivəyə kənar siyasi müdaxilə yolverilməz sayılır.

Tarixi baxımdan ciddi mübahisəli səhifələri olan və müstəmləkəçilik irsi ilə bağlı hələ də beynəlxalq tənqidlərə məruz qalan dövlətlərin digər ölkələrə münasibətdə "insan hüquqları" və "ədalət" mövzularında kəskin qətnamələr qəbul etməsi ciddi suallar doğurur. Belə yanaşma beynəlxalq münasibətlərdə ikili standart təsəvvürünü gücləndirir və hüququn universallığı prinsipinə kölgə sala bilir. Nəticə etibarilə, bu cür qərarlar hüquqi deyil, siyasi motivlidir və hər bir dövlət ilk növbədə öz tarixi məsuliyyəti və müasir praktikalarını obyektiv qiymətləndirməli, daha sonra digər ölkələrin daxili işlərinə dair mövqe sərgiləməlidir...

Paylaş

Xəbər lenti

Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər Bu gün, 22:48 "Yaşamaq artıq mümkün deyil" - Bakı sakinləri niyə evlərindən qurtulmaq istəyirlər? Bu gün, 22:48 Azərbaycanın beş güləşçisi "Çempionlar" turnirinin ilk günündə medal qazanıb Bu gün, 22:48 Rəcəb Tayyib Ərdoğan: "İrana qarşı həyata keçirilən hücumlar regiona ciddi təsir göstərir" Bu gün, 21:48 Ağdamda gənc FACİƏLİ şəkildə öldü Bu gün, 21:48 Göyçayda bıçaqlanan şəxsin vəziyyəti açıqlanıb Bu gün, 21:48 Cənubi Qafqazda sülh və Avropanın "qətnamə diplomatiyası": Reallıq, yoxsa siyasi təzyiq? Bu gün, 21:48 Pezeşkian: İran ordusu ölkəni müdafiə etməyə hazırdır Bu gün, 20:48 İranda 50 gündür internet yoxdur Bu gün, 20:48 Kiyevdə yerli sakinləri öldürən şəxs zərərsizləşdirilib Bu gün, 20:48 Türkiyənin ordu generalı Liviyada hərbi təlimə qatılıb Bu gün, 20:48 Bu gün paytaxtın 556  küçəsi yuyuldu Bu gün, 20:48 "Al Hadath": İran-ABŞ danışıqları aprelin 26-da İslamabadda baş tuta bilər Bu gün, 19:48 Dəridə ciddi qəbul etmədiyimiz əlamətlər hansı xəstəliyin göstəricisidir? - VİDEO Bu gün, 19:48 TDT-nin Qazaxıstan və Türkiyədə zirvə toplantısı keçiriləcək Bu gün, 19:48 Külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb Bu gün, 19:48 Premyer Liqa: "Karvan-Yevlax" ardıcıl ikinci qələbəsini qazanıb Bu gün, 18:48 Ceyhun Bayramov: Azərbaycan qardaş ölkələrlə sıx əməkdaşlıq etməyə sadiq qalır Bu gün, 18:48 Xəzər rayonunda 5 ev, 2 sexdən 20 min manatlıq oğurluq olub Bu gün, 18:48 Bakının 556 küçəsi yuyuldu Bu gün, 18:48 Hövsan avtobuslarından ŞİKAYƏT: "Dayanacaqda dayanmırlar" Bu gün, 18:48 Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə olub Bu gün, 18:48 Saxta zərgərlik məmulatlarını necə müəyyən etmək olar? Bu gün, 18:48 "Xilasedici" Azərbaycan çempionu olub Bu gün, 18:48 Avtomobildən oğurluq edən şəxs saxlanılıb Bu gün, 18:48 Ceyhun Bayramov əlcəzairli həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib Bu gün, 17:48 Şimali Makedoniya Prezidenti: Azərbaycanla müxtəlif sahələrdə hədəflərimiz var Bu gün, 17:48 Azərbaycan avarçəkənləri Türkiyədəki turnirdə 3 medal qazanıblar Bu gün, 17:48 Keçmiş mətbuat katibi VƏFAT ETDİ Bu gün, 17:48 Hörmüz boğazında daha bir gəmi VURULDU Bu gün, 17:48 Gözəllik, sürət və əzm: Bakıda bədii gimnastika üzrə Dünya Kuboku Bu gün, 17:48 Xırdalanda QƏTL: Şübhəli saxlanıldı Bu gün, 17:48 Zelim Tçkayev: "Dünya çempionatında növbəti hədəfim qızıl medal olacaq" Bu gün, 17:48 Mehriban Əliyeva Antalyada Fələstinə həsr olunan tədbirdə iştirak edib Bu gün, 16:48 Bakıda yaz mövsümü ilə əlaqədar genişmiqyaslı daxili iməcilik keçirilib Bu gün, 16:48 Müctəba Xamenei: Ordumuz İran ərazisini qoruyur Bu gün, 16:48 Azərbayan cüdoçusu Zelim Tçkayev Avropa çempipnatında yarımfinala yüksəlib Bu gün, 16:48 "Real Madrid" Mbappe və Vinisiusu transferə çıxaracaq? Bu gün, 16:48 Elçin Əmirbəyov: Azərbaycanın regional siyasəti qarşılıqlı fayda prinsipinə əsaslanır Bu gün, 16:48 İbrahim Tatlısesin gəlini və nəvəsi pilləkandan yıxıldı Bu gün, 16:48 Sumqayıtda qanunsuz tikili sökülür Bu gün, 15:48 İran Azərbaycana təşəkkür edib Bu gün, 15:48 İş xanımı bunun üçün Özcan Denizə 5 milyon ödədi Bu gün, 15:48 48 gün sonra İrana ilk təyyarə yola düşdü Bu gün, 15:48 Antalya zirvəsi: İlham Əliyev qlobal siyasi masanın əsas söz sahibinə çevrilib - RƏY Bu gün, 15:48 Əməliyyatla üzünü dəyişdirən şəxs illər sonra Türkiyədə həbs edildi Bu gün, 15:48 Narkotik satan 5 nəfər TUTULDU Bu gün, 14:48 Bakı və İslamabad əməkdaşlığı gücləndirmək niyyətini təsdiqləyiblər Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR