Bu gün, 09:48 34

Bu gün növbəti imtahanlar keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirəcək.

AVESTA.AZ mərkəzə istinadla bu gün keçiriləcək imtahanların siyahısını təqdim edir.

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı;

7. Naxçıvan Muxtar Respublikasında yerləşən məktəblərin cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı.

İmtahanlar Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəmkir, Şəki, Lənkəran, Mingəçevir, Şirvan, Qazax, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Xankəndi, Kəngərli və Naxçıvan Muxtar Respublikasında keçiriləcək və saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər (şagirdlər) imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda 37 min 338 (Bakıda 12828, Abşeronda 1194, Sumqayıtda 1709, Gəncədə 2387, Şəmkirdə 501, Şəkidə 1349, Lənkəranda 1643, Mingəçevir 1049, Şirvanda 890, Qazaxda 598, Bərdədə 1667, Sabirabadda 910, Göyçayda 795, Kürdəmirdə 427, Salyanda 1074, Cəlilabad 811, Qubada 391, Xaçmazda 1501, Xankəndidə 25, Kəngərlidə 253 və Naxçıvan MR-də 5336) nəfərin iştirakı nəzərdə tutulur.

İmtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) 90 abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahanın idarə olunması üçün 162 ümumi imtahan rəhbəri, 466 imtahan rəhbəri, 3577 nəzarətçi, 477 buraxılış rejimi əməkdaşı və 162 bina nümayəndəsi ayrılıb.

Paylaş

Xəbər lenti

"Oğlumu gözüyaşlı qoyub işə gedirdim" - Jurnalist İlhamiyyə Rza nəyi etiraf etdi? Bu gün, 10:48 Füzulidə ağır avtomobil qəzası olub, iki nəfər ölüb Bu gün, 10:48 Atasına kömək edərkən həyatını itirən Hikmətin FOTOsu Bu gün, 10:48 Ceyhun Bayramov Tailanda işgüzar səfərə yola düşüb Bu gün, 10:48 Azərbaycanla Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb Bu gün, 10:48 Muxtar Babayev COP31-in Prezidenti ilə görüşüb Bu gün, 10:48 Avropa çempionatı: Zelim Kotsoyev turnirə qələbə ilə başladı Bu gün, 10:48 Bu gün növbəti imtahanlar keçiriləcək Bu gün, 09:48 Azərbaycan və İordaniya arasında Yaxın Şərqdəki vəziyyət müzakirə olunub Bu gün, 09:48 Kəmaləddin Heydərov yeni müavinləri ilə oyunu izlədi Bu gün, 09:48 Qurban Qurbanov Elvin Cəfərquliyevin cəzalandırılmasından danışdı Bu gün, 09:48 Ciorcia Meloni enerji əlaqələrini gücləndirmək üçün Azərbaycana səfər edəcək Bu gün, 09:48 Ceyhun Bayramov Qvineya-bisaulu həmkarı ilə görüşüb Bu gün, 09:48 Naim Qasem: Hörmüz boğazının bağlanması ilə İsrailin Livana hücumları dayandırılıb Bu gün, 00:48 Qalibaf: Hörmüz boğazı İranın nəzarəti altındadır Bu gün, 00:48 Hollivud filmləri ilə tanınmış fransalı aktrisa vəfat edib Dünən, 23:48 İran Hörmüz boğazını bağladı və yeni şərtlər irəli sürdü Dünən, 23:48 SEPAH Hörmüz boğazının bağlandığını elan edib Dünən, 23:48 Azərbaycanla Ermənistan arasında sürətlənən normallaşma və iki Avropa ölkəsinin sülh prosesini pozmaq cəhdi Dünən, 23:48 "Axios": Danışıqlarda irəliləyiş olmasa, ABŞ İranla müharibəyə yenidən başlaya bilər Dünən, 23:48 ABŞ və İsrailin hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb Dünən, 23:48 Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər Dünən, 22:48 "Yaşamaq artıq mümkün deyil" - Bakı sakinləri niyə evlərindən qurtulmaq istəyirlər? Dünən, 22:48 Azərbaycanın beş güləşçisi "Çempionlar" turnirinin ilk günündə medal qazanıb Dünən, 22:48 Rəcəb Tayyib Ərdoğan: "İrana qarşı həyata keçirilən hücumlar regiona ciddi təsir göstərir" Dünən, 21:48 Ağdamda gənc FACİƏLİ şəkildə öldü Dünən, 21:48 Göyçayda bıçaqlanan şəxsin vəziyyəti açıqlanıb Dünən, 21:48 Cənubi Qafqazda sülh və Avropanın "qətnamə diplomatiyası": Reallıq, yoxsa siyasi təzyiq? Dünən, 21:48 Pezeşkian: İran ordusu ölkəni müdafiə etməyə hazırdır Dünən, 20:48 İranda 50 gündür internet yoxdur Dünən, 20:48 Kiyevdə yerli sakinləri öldürən şəxs zərərsizləşdirilib Dünən, 20:48 Türkiyənin ordu generalı Liviyada hərbi təlimə qatılıb Dünən, 20:48 Bu gün paytaxtın 556  küçəsi yuyuldu Dünən, 20:48 "Al Hadath": İran-ABŞ danışıqları aprelin 26-da İslamabadda baş tuta bilər Dünən, 19:48 Dəridə ciddi qəbul etmədiyimiz əlamətlər hansı xəstəliyin göstəricisidir? - VİDEO Dünən, 19:48 TDT-nin Qazaxıstan və Türkiyədə zirvə toplantısı keçiriləcək Dünən, 19:48 Külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb Dünən, 19:48 Premyer Liqa: "Karvan-Yevlax" ardıcıl ikinci qələbəsini qazanıb Dünən, 18:48 Ceyhun Bayramov: Azərbaycan qardaş ölkələrlə sıx əməkdaşlıq etməyə sadiq qalır Dünən, 18:48 Xəzər rayonunda 5 ev, 2 sexdən 20 min manatlıq oğurluq olub Dünən, 18:48 Bakının 556 küçəsi yuyuldu Dünən, 18:48 Hövsan avtobuslarından ŞİKAYƏT: "Dayanacaqda dayanmırlar" Dünən, 18:48 Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə olub Dünən, 18:48 Saxta zərgərlik məmulatlarını necə müəyyən etmək olar? Dünən, 18:48 "Xilasedici" Azərbaycan çempionu olub Dünən, 18:48 Avtomobildən oğurluq edən şəxs saxlanılıb Dünən, 18:48 Ceyhun Bayramov əlcəzairli həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib Dünən, 17:48 Şimali Makedoniya Prezidenti: Azərbaycanla müxtəlif sahələrdə hədəflərimiz var Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR