18-04-2026, 23:48 296

Azərbaycanla Ermənistan arasında sürətlənən normallaşma və iki Avropa ölkəsinin sülh prosesini pozmaq cəhdi

Niderland və Belçika parlamentlərinin aşağı palataları yenə Azərbaycan əleyhinə qətnamələrlə gündəmə gəliblər. Özü də eyni gündə.

Məsələn, aprelin 16-da Niderland parlamentinin Nümayəndələr Palatası deputat Don Sederin təklifi ilə Bakıda Azərbaycana və onun vətəndaşlarına qarşı cinayətlər törətməkdə təqsirli bilinərək həbs edilən erməni terrorçuları və qondarma erməni soyqırımının tanınması haqqında sənədlə hökumətə müraciət edib.

Elə həmin gün Belçika parlamentinin Nümayəndələr Palatası deputat Mişel de Maqdanın oxşar məzmunlu sənədini qəbul edib. Sənəddə, həmçinin Azərbaycanı könüllü tərk etmiş Qarabağ ermənilərinin geri qaytarılması tələb olunur.

Doğrudur, bəzi Qərb ölkələrinin bu cür qərəzli mövqe sərgiləməsi ilk dəfə deyil və Azərbaycanda heç kimi belə xəbərlərlə təəcübləndirmək olmaz. Lakin diqqət çəkən məqam odur ki, bu dəfə hər iki Avropa ölkəsinin parlamentində "erməni sevgisi" sinxron şəkildə baş qaldırıb. Təbii ki, bu, yazın gəlişi ilə də bağlı deyil.

Son dövrlərdə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin sürətlənməsi, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması istiqamətində real danışıqların aparılması, həmçinin regionda uzunmüddətli sülh müqaviləsinin imzalanmasına dair siyasi iradənin formalaşması Cənubi Qafqazda yeni mərhələnin başlandığını göstərir.

Sülh gündəliyində əksini tapmayan tələblərin dövriyyəyə buraxılması isə prosesə əngəl olmağa, regionda formalaşan həssas balansı pozmağa hesablanıb.

Bəzi Avropa ölkələrinin atdığı addımlar regionda sabitliyin möhkəmləndirilməsinə xidmət etmək əvəzinə, dolayısı ilə etimad mühitini zəiflədən və tərəflər arasında mövcud konsensusun pozulması riskini artıran faktor kimi çıxış edir.

Nəticə etibarilə, belə təşəbbüslər sülh prosesini beynəlxalq siyasi rəqabət müstəvisinə çəkmək cəhdi kimi dəyərləndirilir və bu da Cənubi Qafqazda davamlı sabitlik perspektivləri baxımından arzuolunmaz bir dinamika yaradır.

Azərbaycan əleyhinə birtərəfli və qərəzli qətnamələrin qəbul edilməsi artıq təkcə daxili siyasi debatın elementi deyil, daha geniş geosiyasi rəqabətin və informasiya mübarizəsinin tərkib hissəsidir. Xüsusilə Avropa dəyərlərini və balanslı yanaşmanı təmsil etməli olan iki ölkə parlamentində bu cür selektiv və mübahisəli sənədlərin dəstəklənməsi, artıq təkcə hüquqi və ya humanitar deyil, açıq şəkildə siyasi motivlərin üstünlük təşkil etdiyini göstərir.

Eyni zamanda bəzi Avropa dövlətləri və siyasi institutları tərəfindən son illərdə humanitar mövzuların, xüsusilə "əsir məsələləri" və "insan hüquqları" gündəminin süni şəkildə qabardılması, uzun illər davam etmiş münaqişə dövründə sərgilənmiş ümumi siyasi passivlik və qeyri-bərabər yanaşma ilə açıq ziddiyyət təşkil edir. Belə ki, Azərbaycan torpaqlarının 30 illik işğalı mərhələsində yüzminlərlə azərbaycanlı məcburi köçkünün öz doğma yurdlarından didərgin düşməsi, separatçılar tərəfindən Azərbaycanın tarixi torpaqlarında şəhər və kəndlərin sistemli şəkildə dağıdılması, infrastrukturun məhv edilməsi, iqtisadi və sosial həyatın tamamilə iflic vəziyyətə salınması, eləcə də bölgəyə məxsus tarixi-mədəni irs nümunələrinin ciddi şəkildə zərərə məruz qalması kimi faktlar beynəlxalq siyasi gündəmdə davamlı və adekvat reaksiyalarla qarşılanmayıb. Buna görə də 30 il ağzına su alıb susan dövlətlərin birdən-birə müəyyən mövzularla ön plana çıxması obyektivlik və demokratiya prinsipindən uzaqdır və siyasi kontekstə əsaslanan yanaşmadır.

Niderland və Belçika parlamentlərində Azərbaycana qarşı qərəz ilk dəfə müşahidə edilmir. Belə təşəbbüslər dəfələrlə olub və artıq sistemli xarakter alıb. Bu tendensiya həmin ölkələrin siyasi dairələrində məsələlərə balanslı və hüquqa əsaslanan yanaşmadan daha çox selektiv mövqenin, bir çox hallarda isə ermənipərəst təsirin gücləndiyini göstərir.

Halbuki beynəlxalq hüquq çərçivəsində həm Niderland, həm də Belçika Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ölkəmizin suverenliyini şübhə altına almır. Bu baxımdan, əsas ziddiyyət ondan ibarətdir ki, rəsmi səviyyədə suverenlik və ərazi bütövlüyü tanındığı halda, Azərbaycan ərazisində baş verən proseslərə dair siyasi ritorikada fərqli və seçici yanaşmalar ortaya çıxır.

Beynəlxalq hüquq prinsiplərinə müraciət etsək, ölkə ərazisində baş verən hadisələr (söhbət terror, separatçılıq, qanunsuz silahlı fəaliyyət və s. gedir) bu ölkənin qanunvericiliyi və məhkəmə sistemi çərçivəsində qiymətləndirilməlidir. Azərbaycan da hazırda bu hüququndan istifadə edir. Bu, hər bir suveren dövlətin beynəlxalq hüquqla tanınan təbii hüququdur və "daxili işlərə qarışmamaq" prinsipi də məhz bu balansı qorumaq üçün mövcuddur.

Azərbaycan məhkəməsi ölkəni müharibə girdabına sürükləmiş, minlərlə dinc insanın qətlinə əmr vermiş və bunu açıq şəkildə etiraf etmiş şəxsləri cəzalandırıb. Eyni hal ki, Niderland və Belçikada yaşansaydı, təbii ki, həmin cinayətləri törədən insanlar bu ölkələrdə "əsir" adlandırılardımı? Ona görə də hər iki ölkənin belə hallara münasibətdə fərqli standartların tətbiqi obyektiv hüquqi yanaşma ilə uyğun gəlmir.

İşin maraqlı tərəfi odur ki, hər iki ölkənin parlamenti insan hüquqları, insan aliliyindən danışdığı bir vaxtda, yaxın tarixləri utancverici məqamlarla doludur. Məsələn, Niderlandın keçmiş müstəmləkəçilik irsi və bu gün də Karib hövzəsində yerləşən Bonaire, Aruba, Kürasao, Sint-Maarten, Sint-Eustatius və Saba kimi ərazilərlə münasibətlərində idarəetmə modeli, sosial bərabərlik, siyasi təmsilçilik və mədəni kimliyin qorunması ilə bağlı müxtəlif suallar və tənqidlər bu gün də aktuallığını saxlayır. Bu tənqidlər əsasən həmin ərazilərin daxili qərarvermə proseslərində real iştirak səviyyəsi, iqtisadi asılılıq dərəcəsi və yerli mədəni identikliyin qorunması məsələləri ətrafında cəmlənir. Bu fonda isə insan hüquqları və beynəlxalq hüquq prinsipləri ilə bağlı qlobal səviyyədə sərt mövqe sərgiləyən dövlətlərin öz tarixi idarəçilik modellərinin və müasir inzibati münasibətlərinin də eyni obyektivlik və universallıq prinsipi ilə müzakirə olunması vacibdir.

Eynilə Belçikanın müstəmləkəçilik tarixi, xüsusilə Konqo və Mərkəzi Afrikadakı idarəçilik dövrü ilə bağlı beynəlxalq tarixşünaslıqda geniş tənqid olunan və ağır insan hüquqları pozuntuları ilə yadda qalan bir mərhələ kimi qiymətləndirilir. Kral II Leopold dövründən başlayaraq Konqoda tətbiq edilən zorakı iqtisadi istismar, kütləvi zorakılıqlar və yerli əhalinin hüquqlarının sistemli şəkildə pozulması bu siyasətin ən ağır nəticələri kimi qeyd olunur. Tarixi mənbələrdə 1897-ci il Brüssel sərgisi çərçivəsində Tervüren bölgəsində Konqodan gətirilmiş insanların "eksponat" kimi nümayiş etdirilməsi kimi hadisələr həmin dövrün irqçi ideologiyasının simvolik təzahürü kimi göstərilir. Eyni zamanda, müstəmləkə dövründə və sonrakı illərdə minlərlə uşağın ailələrindən ayrılması və assimilyasiya məqsədilə köçürülməsi kimi iddialar da bu irsin mübahisəli və ağrılı tərəfləri kimi müzakirə olunur.

Belçika parlamenti tərəfindən Azərbaycan əleyhinə qəbul edilən bəzi qətnamələr obyektiv hüquqi qiymətləndirmədən çox, selektiv siyasi yanaşmanın məhsulu kimi görünür və bu, beynəlxalq hüququn universallığı prinsipi ilə ziddiyyət təşkil edir. Çünki həmin sənədlərdə Azərbaycan ərazisində baş verən proseslərə dair birtərəfli qiymətləndirmələr verildiyi halda, dövlətlərin suverenliyi və daxili işlərinə qarışmamaq prinsipi kifayət qədər nəzərə alınmır. Halbuki beynəlxalq hüququn əsas normalarına görə hər bir dövlətin öz ərazisində baş verən prosesləri tənzimləmək hüququ var və bu çərçivəyə kənar siyasi müdaxilə yolverilməz sayılır.

Tarixi baxımdan ciddi mübahisəli səhifələri olan və müstəmləkəçilik irsi ilə bağlı hələ də beynəlxalq tənqidlərə məruz qalan dövlətlərin digər ölkələrə münasibətdə "insan hüquqları" və "ədalət" mövzularında kəskin qətnamələr qəbul etməsi ciddi suallar doğurur. Belə yanaşma beynəlxalq münasibətlərdə ikili standart təsəvvürünü gücləndirir və hüququn universallığı prinsipinə kölgə sala bilir. Nəticə etibarilə, bu cür qərarlar hüquqi deyil, siyasi motivlidir və hər bir dövlət ilk növbədə öz tarixi məsuliyyəti və müasir praktikalarını obyektiv qiymətləndirməli, daha sonra digər ölkələrin daxili işlərinə dair mövqe sərgiləməlidir...

"Report" İnformasiya Agentliyi

Paylaş

Xəbər lenti

İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı vəfat edib Bu gün, 13:48 Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək Bu gün, 13:48 Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar Bu gün, 13:48 BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil Bu gün, 13:48 Tovuzda 28 yaşlı şəxsi qatar vurdu, öldü Bu gün, 13:48 Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR