
Türkiyəli aktrisa Yonca Türkman faciəvi şəkildə dünyasını dəyişib.
Avesta xəbər verir ki, 47 yaşlı aktrisa yaşadığı mənzilin 15-ci mərtəbəsində yıxılaraq vəfat edib. Hadisə İstanbulun Qaziosmanpaşa Karayolları Mahallesində baş verib.
Yoncanın eyvandan yıxılma səbəbi hələ ki, bəlli deyil. Faktla bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, Türkman bu günə qədər bir çox reytinqli ekran işlərində rol alıb. O "Evlilik hakkında her şey", 'İyilik", "Adı sevgi" kimi seriallarda müxtəlif obrazları canlandırıb.

© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.