
Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada təşkil olunan III Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.
"AVESTA.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 63.5 kq-da mübarizə aparan idmançı finala gedən yolda norveçli Milton Ameriko Barrios Qalaretta ilə qarşılaşıb.
Rəqibinə 3:0 hesabı ilə qalib gələn Ağamoğlanov həlledici döyüşə vəsiqə qazanıb.
Qeyd edək ki, final qarşılaşması iyulun 2-də olacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.