
Səhər saatlarında Fransada iğtişaşlarla əlaqədar yüzlərlə insan saxlanılıb.
“AVESTA.AZ”un məlumatına görə, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen sosial şəbəkə hesbaında yazıb.
Nazir bütün ölkə üzrə 400-dən çox adamın hüquq-mühafizə saxlanıldığını açıqlayıb.
“Axşam saatlarından indiyədək 427 nəfəri həbs edən polisin qətiyyətli tədbirləri sayəsində gecə daha sakit keçdi”, - nazirin paylaşımında bildirilir.
İyulun 2-si bazar gününə keçən gecə 45 mindən çox fransız polisi və jandarmı vəzifəsini yerinə yetirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.